Accessibility links

Müəmmər Qəzzafinin anadan olduğu Sirt şəhəri uğrunda döyüşlər şiddətlənib


Müəmmər Qəzzafinin anadan olduğu Sirt şəhəri uğrunda döyüşlər şiddətlənib
Müəmmər Qəzzafinin anadan olduğu Sirt şəhəri uğrunda döyüşlər şiddətlənib

Liviyada sabiq lider Müəmmər Qəzzafiyə sadiq qüvvələrin nəzarətində olan digər ərazilərin də ələ keçirildiyinin bəyan edilməsindən bir gün sonra yüzlərlə hökumət döyüşçüsü liman şəhəri Sirtə hücuma keçib. Artıq həftələrdir ki, Qəzzafiyə sadiq qüvvələr Sirtin kiçik bir küncünə sıxışdırılıblar.

Milli Keçid Şurası Müəmmar Qəzzafinin anadan olduğu Sirt şəhərinə nəzarətin tam ələ alınmasından sonra öklənin azad edildiyini bəyan edəcəyini deyir. Milli Keçid Şurası Qəzzafinin başqa istehkamı sayılan səhra şəhəri Bani-Validin Qəzzafiyə sadiq qüvvələrdən tam azad edildiyini bildirir.

XS
SM
MD
LG