ABŞ-ın texnologiya nəhəngi Google şirkəti gəlirli internet sahələrini az tanınan yeni təşəbbüslərdən ayırmaq məqsədi ilə şirkətdə islahatlar aparır.
Google-un icraçı direktoru Larri Peyc bloqunda elan edib ki, o və həmtəsisçisi Sergey Brin ikonik axtarış çarxı, YouTube video xidməti və digər xidmət növləri ilə məşhur olan Google şirkətinə nəzarət edəcək Alphabet adlı yeni holdinq yaradır.
Bu holdinqin nəzarəti altında adı çəkilən bizneslər biri-birindən ayrı fəaliyyət göstərəcək.
Yeni bölümlərə insan həyatının uzadılma səyləri, yüksək sürətli internet şəbəkələrinin yaradılması, dron poçt xidməti, özü idarə olunan avtomobillərin dizaynı üçün tədqiqat laborotoriyaları daxildir.
1998-ci ildə Google-u yaradan Larri və Sergey Alphabet holdinqin icraçı direktoru və prezidenti vəzifələrində çalışacaq.
Google-un yeni əməliyyat strukturu biri-birindən ayrı fəaliyyət göstərən onlarla şirkəti özünün Berkshire Hathaway holdinqi ilə idarə edən ABŞ maliyyəçisi Varren Baffetin əməliyyat sturkturuna bənzəyir.