Accessibility links

Vaşinqtonun "Şəhər bazarı" bayram mövsümünə açıqdır [Video]


Vaşinqtonun "Şəhər bazarı" bayram mövsümünə açıqdır
please wait

No media source currently available

0:00 0:01:48 0:00

Vaşinqtonda hər il bayram mövsümündə keçirilən “Şəhər bazarı” bizneslər üçün açırdır. Son 13 ildir alış-veriş və şənliklərlə müşayiət olunan bayram mövsümü Şükran bayarmından Milah bayramına qədər davam edir.

Bazar bayram ruhunda, canlı musiqi və bayram əhval-ruhiyyəsində alış-veriş edən insanlarla doludur. “Bu, insanların bir araya gəlməsi üçün çox gözəl fürsətdir. Onlar evdə də otura, televiziyaya bir yedə baxa bilər. Lakin burada insanlar birlikdə gözəl musiqiyə qulaq asır və alış-veriş edə bilir. Bu, Avropadakı qədim bazarları xatırladır” deyə, alış-verişə gələn David Şindler bildirir.

Avropada ənənəvi orta əsrlər bayram bazarları Birləşmiş Ştatlara alman mühacirləri tərəfindən gətirilib. Buradakı əl işləri həm yerli insanları, həm də turistləri cəlb edir. Təşkilatşı Tom Rall: “Bu bazar həm məhəllədə və yaxınlıqda yaşayanlara, həm də buraya dünyanın hər yerindən gələn qonaqlara xidmət edir. Bura həm satıcılar, həm də alıcıları cəlb edir.”

Bu il 160 yerli sənətkar işini bazara çıxarıb. Bu işlərdən bəziləri Vaşinqtonu təmsil edir və sivenir kimi satılır. Buradakı hər iş maraqlıdır. Bu il hədiyyə olaraq uşaq paltarlarına da geniş yer verilib.

Burada hər kəs razı qalır. Kristal Steybell: “Mən açıq bazarları sevirəm, Buraya çox sayda insan gəlib alış-veriş edir. İnsanlar yan keçmir, yaxınlaşıb buradakı mallara, əl işlərinə tamaşa edir. Mən əl işlərini çox sevirəm. Burada yerli mallar satılır. Siz heç yerdə buna bənzər bazar görməzsiniz.”

“Şəhər Bazarı”nda şirniyyat və dadlı yeməklər də var. Təşkilatçılar bu bazarın buraya gələn hər kəsdə gözəl xatirə qoyacağına ümid edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG