Accessibility links

Fransa prezidenti konstitusiyada dəyişikliklər planını ləğv edib


Fransa prezidenti Fransua Olland bu gün Fransada doğulmuş terrorçuların vətəndaşlıqdan məhrum edilməsi də daxil edilməklə, konstitusiyada nəzərdə tutduğu dəyişikliklər planını ləğv etdiyini bəyan edib.

O, islahatlarla bağlı planı noyabr ayında Parisdfə 130 nəfərin ölümü, 350 nəfərin yaralanması ilə nəticələnən terror hücumundan sonra təklif etmiş, lakin Fransa Senatının Milli Assambleyası bununla razılaşmamışdı.

Olland bu gün etdiyi çıxışı zamanı ölkəni vəhdətdə saxlamağa çalışdığını və terrorla mübarizəyə cavabdeh olduğunu deyib.

Prezidentin bu təklifinin müsəlmanları hədəf alacağı deyilib. Bəziləri bu planı II Dünya Müharibəsi zamanı Fransanın yəhudilərinin vətəndaşlıqdan çıxarılması planına bənzədib.

Prezident Ollandın planına etiraz edən ölkənin ədliyyə naziri yanvar ayında istefa verib.

XS
SM
MD
LG