Accessibility links

Hollandiya hücumunda şübhəli məhkəmə qarşısına çıxarılır


Hollandiya prokurorları cümə axşamı Utrext şəhərində tramvayda bir neçə insanın ölümü ilə nəticələnən silahlı hücumda şübhəli bilinən şəxsə qarşı terror ittihamı irəli sürüləcəyini bəyan edib.

Prokurorlar üç nəfəri qətlə yetirən və digər üçünü yaralayan Türkiyədə anadan olmuş Gökmən Tanisin təkbaşına hərəkət etdiyini guman edir.

Polis və prokurorların bəyanatında 37 yaşlı şübhəlinin hücumu terror və ya məişət motivlərindən həyata keçirib-keçirmədiyi ilə bağlı təhqiqatın davam etdiyi bildirilir.

Gökmen Tanış bazar ertəsi 8 saatdan şəhər demək olar ki, tamamilə mühasirəyə alındıqdan sonra həbs edilib. Bundan sonra polis dördüncü şübhəlini nəzarət altına alib və hücumda rolu olduğunu araşdırıb.

GökmənTaniş məhkəməyə cümə günü çıxarılacaq. Məhkəmənin bağlı qapılar arxasında keçiriləcəyi və onun psixoloji durumunun da araşdırılacağı deyilir.

XS
SM
MD
LG