Accessibility links

Hollandiyanın Utrext şəhərində silahlı hücum - 3 ölü


Hollandiyanın Utrext şəhər polisinin bildirdiyinə görə, bazar ertəsi tramvayda 3 nəfərin ölümü ilə nəticələnən hücum terror aktı ola bilər. 5 nəfər ciddi xəsarət alıb.

Polis Türkiyədə anadan olan şübhəlinin həbs edildiyini bildirib.

37 yaşlı Gökem Tanışın daha əvvəl şəkli əldə edilmişdi.

Yaralıları xəstəxanaya çatdırmaq üçün hadisə yerinə bir neçə vertolyotun gəldiyi bildirilib. Ölkənin baş naziri Mark Ryutte hadisə ilə bağlı dərin narahatlığını ifadə edib. Polis terrorçuluq da daxil edilməklə, heç bir variantı istisna etmir.

Şəhərdə məktəblər bağlanıb, məscidlər və hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

XS
SM
MD
LG