Accessibility links

Amerikanın ən məşhur rəmzlərindən biri: "Hollywood"


Hollivud işarəsi gələn il baş tutacaq 90 illik yubileyə hazırlıq çərçivəsində yeni görünüşə salınır

Çərşənbə axşamı Kaliforniyanın Los Anceles şəhərində bölgənin ən möhtəşəm abidələrindən olan Hollivud işarəsi gələn il baş tutacaq 90 illik yubileyə hazırlıq çərçivəsində yeni görünüşə salınır.

Hollivud təpələrində yerləşən işarə ilk dəfə 35 ildən sonra yeni rəngə boyanacaq.

Hollivud yazısına xidmət etmək üçün təsis edilmiş “Holliwood Sign Trust” qeyri-kommersiya təşkilatının rəsmiləri bildirib ki, onlar doqquz hərfdən ibarət abidəni rəngləmək üçün 1224 kiloqram boyadan istifadə edəcək. Bu qədər boya 15 villanı boyamaq üçün kifayət edər.

Boya işlərinin səkkiz ilə on həftə ərzində bitirilməsi nəzərdə tutulur.
Bu müddət ərzində məşhur yazı metal lövhələrə qədər sökülərək yeni lay boya ilə ağ rəngdə astarlanacaq.

Layihə “Hollywood Sign Trust” və boya şirkətinin sponsorluğu ilə baş tutacaq.

1923-cü ildə qurulan Hollivud işarəsi ilk dəfə“Hollywoodland” kimi oxunurdu. Qurulduğu zaman bu ad eyni adlı şəhərətrafı tikinti şirkətinin bir il müddətinə reklam olunması üçün nəzərdə tutulmuşdu.
XS
SM
MD
LG