Accessibility links

Məşhurlar: Hollivud ulduzları və siyasət


Corc Kluni əvvəllər Vaşinqtona siyasi məqsədlərlə gəlirdi, amma bu dəfə aktyor ən böyük siyasi aksiya-prezident Barak Obamanın seçki kampaniyasına maliyyə toplamaq üçün Los-Aneclesdəki evində qalıb. Onun şəxsən dəvət etdiyi yüksək səviyyəli qonaqlar arasında 150-dən çox Obama tərəfdarı olub. Amma azad dünyanın lideri ilə şam yeməyi pulsuz deyildi.

Hollywood Reporter – a istinadən Kluninin təşkil etdiyi şam yeməyində seçki kampaniyası üçün 12 milyon dollar toplanıb. Bəlkə də məşhurların yeməyə görə verdiyi siyasi hesab 40 min dollara başa gəlib?

Məşhurlar görəsən görüşdə nədən danışıb?

Kim Kardaşyan yəqin ki, prezident haqda xoş sözlər deyib.

Ancelina Coli BMT-də qaçqınlarla işindən fəxrlə danışıb. Met Damonun əvvəllər Obama üçün mitinq keçirdiyinin şahidi olmuşuq. Son zamanlar isə aktyor diqqətini müəllimlərin hüquqlarının müdafiəsi və iş yerlərinin açılmasına yönəldib.

Amma tamamilə yəqindir ki, Met Obamanın vəzifəsinə keçmək üçün rəqabət aparmır.

XS
SM
MD
LG