Accessibility links

Patrik Kilpatrik: `Mənim üçün Hollivud ulduz olmaq deyil, yaşamaq üçün pul qazanmaq deməkdir`


Patrik Kilpatrik: `Mənim üçün Hollivud ulduz olmaq deyil, yaşamaq üçün pul qazanmaq deməkdir`
please wait

No media source currently available

0:00 0:02:13 0:00

O, tanınmış biri deyil. Lakin kino həvəskarları Patrik Kilpatriksi filmllərdə ya polis detektivi, ya da mənfi obraz rollarında görüb. Kilpatrik Hollivudda 35 illik aktyorluq fəaliyyətindən danışır.

Hollivud çoxlarının xəyalıdır. Lakin aktyor Patrik Kilpatrik üçün Hollivud ulduz olmaq deyil, yaşamaq üçün pul qazanmaq deməkdir. “Bu, oyun kimidir. Sən elə bil qızıl anı gözləyirsən. Mənim “Hollivud anı” adlandırdığım belə anlar bir neçə dəfə olub. Stiven Seqalın oynadığı “Under Siege II” filmində olduğu kimi. O vaxt mən boşanırdım, heç bir rolum da yox idi və son 50 dollarımı xərcləyirdim. Bu vaxt mənim agentim mənə zəng etdi və məni “Under Siege II” filminə dəvət ertmək istədiklərini dedi” - deyə, Patrik Kilpatrik bildirir.

Kilpatrikə "Rocky Mountain" trillerində rol təklifi onu yenidən fəaliyyətə qaytardı. O, Jan Klod Vandam, Çu Yon Fat, yəni bir çox ulduzla tərəfmüqabil olub və orduda sıravi əsgər, general, ya da özünün dediyi kimi, polisdən başlayaraq, senator və başqa rolları ifa edib.

Patrik Kilpatrik həm də yazışıdır və o, kitabında Hollivuddakı həyatından bəhs edib. O bu kitabı yazarkən oynadığı xarakterlərin ona daha geniş mövqedən baxmağa imkan verdiyini deyir. “Hər bir aktyor fəaliyyətinə o qədər də yaxşı filmlərdə başlamır. Onlar bunun kinematoqrafiya sənətinin zirvəsi olmayacaqlarını bilir. Buna görə də dialoqunuzu özünüzün yazması və öz materalınızı yaratmağınız yaxşıdır. Məni çox vaxt quldur rolunda çəkmək istəyirdilər, amma ortaya kriminal bir lider çıxırdı."

69 yaşlı Kilpatrik gənc rejissorlara məsləhətlər verir və filmlərdə çəkilməyə davam edir. Lakin o, bunun bir gün sona çatacağını bilir. “Bu biznes sizdən iş tamamlanana qədər istifadə edir. Yəni bu, acınacaqlı vəziyyətlə nəticələnə bilər və əgər siz aktyor və ya yazıçısınızsa, bunun sonu gələcək və siz buna hazır olmalısınız.”

Kilpartik keçdiyi yoldan razıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG