Accessibility links

Hollivud və qadın - I hissə [Video]


Hollivud və qadın - I hissə
please wait

No media source currently available

0:00 0:03:21 0:00

Qadınlara qarşı ayrı-seçkilik və obyektivlik Hollivudda yenilik deyil. On illərdir nüfuzlu kişilərin seksual davranışları bu ulduz sənayesinin bir hissəsi olub və böyük ekranda hekayələrin necə təqdim olunmasına təsir göstərib.

Amerikada demək olar ki, bütün nəsillər daim Pişik Penelopu təqib edən inadkar porsuq Pepe Le Pyu ilə böyüyüb.

1945-ci ildə televiziya ekranlarına çıxan bu cizgi filmi romantik bir film kimi tamaşaçı tərəfindən yaxşı qarşılandı. “Bu gün isə Pepe Le Pew qadın xarakterinə tükürpəşdirici münasibəti əks etdirir” deyə, Corc Meyson universitetinin professor Lisa Koç bildirir. “Daim seksual obyekt, passiv, seksual qısnamanın hədəfi kimi təqib olunan bir obraz canlanır.”

Hollivudun “Küləklə sovrulanlar” əsərinə əsasən 1939-cü ildə çəkdiyi filmdə tamaşaçı Red Batler və Skarlet Ohara arasında ehtiraslı məhəbbət intriqasını görürdü. Lakin bu günün tamaşaçısı bu filmdə iki xarakter arasında daxili istismarı açıq şəkildə görür. Red Batler əsəbi, qeyr-sabit və manipulyasiyanı sevən Skarletə gülür, onu nəzarətində saxlamağa çalışır. Lisa Koç bu kimi qondarma hekayələr və xarakterlərin kişi şovinizmini populyarlaşdırdığını və qanuniləşdirdiyini deyir. “Beləliklə, Hollivuda diqqət yetirsək, orada kişililərin dominantlıq etdiyi təsisatı görərik. Bu, qadınların təmsil edilməsi ilə bağlıdır. Nə qədər çox qadın səhnə arxasında işləyirsə, biz onları daha az görürük.”

Film və Video Tədqiqatları üzrə director Covanna Çesler deyir ki, ssenarilər Hollivudda, pərdə arxasında rejissorlar və digər kişilərin aktrisalara qarşı cinsi təcavüz və zorakılığına səbəb olur. “Siz “Parisdə axırıncı tanqo” filmində Bertoluççi və Marlon Brandonun aktrisa ilə bağlı razılığı haqda oxumusunuz. Onlar çəkilişdə zorlama səhnəsinin olduğunu bildirdilər, amma aktrisa bilmirdi. Bundan sonra Hitçkok qalmaqalı üzə çıxdı. O, qadınlarını obrazlarını yaratmaq üçün pxsixoloji təsirə məruz qoyurdu."

Hiçkokun “Quşlar və Marni” filminin ulduzu Tippi Hendren 2016-cı ildə dərc olunan “Memuar” adlı tərcümeyi-halında rejissor tərəfindən cinsi təcavüzə və fiziki zorakılığa məruz qaldığından bəhs edir. Hendren yazır ki, əgər o, cinsi münasibətdən imtina etsəydi, bu onun karyerasının sonu demək idi.

Professor Lisa Koç deyir ki, Hollivudda gender bərabərsizliyi ona görə zəifləyir ki, əsasən də gənc nəsil olmaqla, bu cür stereotiplərə və cinsi zorakılıqlara qarşı olanların sayı sürətlə artır.

XS
SM
MD
LG