Accessibility links

Hollivudun "qara" filmləri


Hollivudun "qara" filmləri
please wait

No media source currently available

0:00 0:02:28 0:00

2018-ci il "qara" filmlərin həm uğuru, həm də yaradıcılıq mükafatı ili oldu. Marvel studiyasının “Qara Bəbir” filmi ilk qaradərili super-qəhrəmanı tanıtdı, yerli və beynəlxalq miqyasda bir milyarddan çox dollar gəlir gətirdi. Qaradərililərin xarakterlərini canlandıran digər filmlər də həm tamaşaçı, həm də tənqidçilər tərəfindən yaxşı qarşılandı. Bu artıq “qara” filmlərin Hallivudun əsas hissəsi olması deməkdirmi?

Rayan Kuqlerın texnologiya sahəsində inkişaf etmiş Afrikanın Vakanda ölkəsinin kralı haqdakı “Qara Bəbir” filmi bədii və sosial baxımdan ilin ən yaxşı 10 filmindən biri oldu. Filmin rejissoru Neyt Mur film haqda bunları deyir. “Fikrimcə afrikalı-amerikalı auditoriya üçün burada çox şey var. Ümid edirəm ki, bu, afrikal-amerikalıların köklərinə bir daha nəzər salmalarına yardım edəcək.”

“Qara Bəbir” Birləşmiş Ştatlarda ən çox gəlir gətirən üçüncü film oldu və Oskar mükafatı almaq iddiası da var. Lakin bu, Hollivudun digər “qara” filmlərə də qapılarını açacağı deməkdirmi? Media üzrə ekspert Riçard Kreyq: “Düşünürəm ki, Hollivud bunu digər sahələrdə olduğu kimi mənfəət kimi qəbul edir."

Lakin Kreyq onu da əlavə edir ki, qaradərililərin Ceyms Bond və ya Hörümçək Adam kimi əsas rollarda olması uzun zaman aparacaq. “”Hörümçək Adam”ı real qaradərili aktyor deyil, yalnız cizgi filmində görmək olar” deyə, Riçard Kreyq bildirir.

Bütün bunlara baxmayaraq, Kreyq deyir ki, özünün siyasi və mədəni mesajları, ulduz aktyorları və rejissorları ilə “qara” filmlərin Hollivud tərəfindən maliyyələşdirmə şansı var.

Bu ilin daha iki filmi - rejissor Spayk Linin afrikalı-amerikalı polis işçisinin Ku-Klus Klana daxil olduğu barədəki satirik “Blackkklansman" filmi və Oskar mükafatı qalıbi, rejissor Berri Cenkinsin afrikalı-amerikalı bir şəxsin 1970-ci illərdəki həyatından bəhs edən “If Beale Street Could Talk” romantic filmləri Oskara namizəd ola bilər.

Lakin daha az tanınan qaradərili rejissorların da filmləri tamaşaçı rəğbətini qazanıb. Bunlar rejissor Bots Raylinin "Sorry to Bother You" və rejissor Corc Tilmanın “The Hate U Give” filmləridir.

XS
SM
MD
LG