Accessibility links

Hollivudda Hallouin bayramı


Hollivudda Holluiin bayramı.Bu günü elə bir gündür ki, məşhurlar həmişə olduğundan daha bərbad geyinirlər. Hollivud ulduzları Ferqi və onun əri Coş Duamel Halouin kostyumlarında həqiqətən də qorxunc görünürdülər.

Onlar özlərini “Adamslar ailəsi” serialından Mortisia ilə Fester əmiyə bənzətmişlər. Amma yenicə dünyaya gəlmiş Aksl adlı övladları ilə keçirdikləri yuxusuz gecələr də onların belə görünmələrinə səbəb ola bilər.

Digər qorxulu kostyumu isə aktyor və müğənni Culian Haf geyib. O, çəkildiyi “Narıncı Yeni Qara Rəngdir” adlı serialındakl kostyumunu geyib və sifətini rənglə boyayıb. Daha sonra o, sifətini boyamasının uğurlu olmadığını etiraf edərək üzr istəyib.

Amma məşhurlar arasında heç də hamı qorxunc görünmürdü. Paris Hilton Maliy Sayres kimi geyinmək qərarına gəlib. Aktrisa və müğənni Naya Riviera isə kompüter oyunundan Karmen San Dieqo kimi qiyafələnib.

Vanessa Hecens və onun bacısı Stella Hallouinə pişik qiyafətində çıxıb. Kelli Osborn isə Hallouin kostyumunda əslində elə özünə bənzəyirdi.

Model Gizel Bançinla fudbolçu Tom Bredi isə ən yaxşı kostyum-qorxunc şir və Oz ölkəsindən gəlmiş sehrbaz geyimlərinə görə birinci ola bilərlər.


Vaşınqtonda Ağ Evdə də Hallouin bayramı keçirilib.

Ağ Ev narıncı rəngdə hörümçək toruna bürünüb, torun üzərində isə böyük qara hörümçəklər.

Prezident Barak Obama və onun xanımı Mişel Obama hərbiçilərin uşaqlarına və yerli məktəb şagirdlərinə şirniyyat paylayır. Səhnə arxasında isə hərdən vahiməli, hərdən isə gülməli musiqi səslənir.

Minlərlə uşağa meyvə qurusu və Ağ Ev peçenyeləri paylanıb.

Uşaqlar və onların valideyinləri futbolçu, vampir və şahzadələr qiyafətində Ağ Evin işçilərinə qarışıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG