Accessibility links

Birləşmiş Ştatlara gələn ziyarətçilərin sayı azalıb [Video]


Birləşmiş Ştatlara gələn ziyarətçilərin sayı azalıb
please wait

No media source currently available

0:00 0:02:23 0:00

ABŞ-ın Səyahət Assosiasiyasına istinadən, beynəlxalq turizmin bütövlükdə artdığı bir vaxt Birləşmiş Ştatlara gələn ziyarətçilərin sayı azalıb. Bəzi turizm agentlikləri buna səbəbin Tramp administrasiyasının mühacirlərə dair siyasəti olduğunu və buna görə insanların ABŞ-a gəlmək istəmədiklərini deyirlər.

Hollivudun Rodeo Drive məhəlləsi həmişə bahalı lüks əşyalar almaq istəyən zəngin turistlərin məkanı olub. Lakin son zamanlar xüsusilə də ərəb və müsəlman ölkələri daxil olmaqla, buraya gələn turistlərin sayı azalıb. Beverli Hillsin "Konfrans və Ziyarətçi Bürosu"ndan Culi Vaqner: "Xüsusilə Birləşmiş Ştatların qərb bölgəsi daxil olmaqla, ölkənin hər yerindən çox sayda insan gəldi. Xarici ölkələrdən də gələnlər çox olub, lakin Yaxın Şərqlə biznesimizdə dəyişiklik müşahidə edirik.”

Dəyişiklik isə “Cartier” və “Prada” mağazalarında müştərilərin və “Beverly Wilshire” mehmanxanasına gələnlərin sayının azalması deməkdir. “Biz daha az qruplar görürük. Adətən Səudiyyə Ərəbistanından böyük ailələr gəlirdi. Onların yanında yardımçıları da olurdu. Səyahət qadağası yəqin ki, onların gəlməsinə müəyyən dərəcədə təsir göstərir” deyə, Culi Vaqner bildirir.

ABŞ valyutasının güclü olması da turistlərin Avropaya üz tutmasının səbəblərindən biridir. “Avro daha zəifdir. Fransaya getmək daha ucuz başa gəlir. Orada mallar və xidmətlər daha ucuzdur. Məşhur dizaynerlərın evləri, qərargahları orada yerləşir. Yəni bütün bunları nəzərə almaq lazımdır.”

Ancaq məsələ yalnız Yaxın Şərqdən gələn ziyarətçilərlə bitmir. Kaliforniyaya Çinin Pekin və Şanxay kimi şəhərlərindən də turizmin azaldığı müşahidə edilir. “Fikrimcə, hazırda çox şey baş verir. Bizim siyasi mühitimiz nəzərə alınmalıdır. Valyutamız güclüdür. Qətər ətrafında vəziyyət, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı tərəfindən reaksiyalar var. Bütün bunlar birlikdə biznesin dəyişməsinə gətirib çıxarır.”

Lakin belə bir şəraitdə daxili turizmin artması bir az yardım edir. “Gələnlər çoxdur, mehmanxanalar doludur. Düşünürəm ki, artıq biznesdə bəzi şeylər dəyişir. Yəni əvvəllər biznesin əsas hissəsini beynəlxalq, daha az hissəsini isə yerli turistlər təşkil edirdisə, bunun dəyişdiyini görürük.”

Daha çox turist cəlb etmək üçün isə regionda yeni marketinq kampaniyası aparılır və mağazalar gecə saatlarına qədər açıq olur.

XS
SM
MD
LG