Accessibility links

Hollivudun lal-kar aktyorları [Video]


Hollivudun lal-kar aktyorları
please wait

No media source currently available

0:00 0:03:18 0:00
Hollivudda müvəffəqiyyət qazanmaq çətindir. Qüsurlu insanlar üçün isə bu daha çətindir. Məsələn, kar və lallar üçün nadir hallarda ssenarilər yazılır.

Nataşa Ofili dodaqları oxumağı bacarır. “Mən kar doğulmamışam. 18 aylıq olanda mənim qızdırmam çox yüksək olub və o zaman eşitmə qabiliyyətimi itirmişəm.”

Dizayner və aktrisalıq sənətinə yenicə başlayan Nataşa Ofili şəkillərinin rejissorların diqqətini cəlb edəcəyinə ümid edir. Ofili bu yaxınlarda “Sözlə deyilməyənlər” qısametrajlı filminə çəkilib və o bu rolun onun aktrisalıq karyerasının başlanğıcı olacağına ümid edir. “Mənim üçün bu, rəsm əsəri yaratmağa bənzəyir. Mən rolu oynamağa başlayanda çox həyəcan keçirirdim, çünki hekayə mənim xarakterimə uyğun idi.” - deyə, o bildirir.

Yeniyetmələr arasında məşhur olan “Doğularkən dəyişdirilən” televiziya şousu Ofilinin ən çox sevdiyi soulardan biridir. Konstans Mari bu serialda kar uşağın anası rolunu oynayır. İşarə dilini o, cəmi üç həftəyə öyrənib. “Lal-kar aktyorlarla oynamaq eynilə adi aktyorlarla oynamaqdır. Yalnız mən onların dünyasını öyrəndim. Burada biz müxtəlif problemləri və millətlərdən olan əlillərlə işləyirik.”

Aktyorların çoxu bu serialın Hollivudu əks etdirmədiyini deyirlər. Burada kiçik rollarda çox sayda kar aktyor iştirak edir.

Hollivudun kar aktrisalarından biri, Oskar mükafatına layiq görülmüş Merli Matlindir. Karların Milli Assosiasiyası bu yaxınlarda ona xüsusi mükafat təqdim edib. Qədim tarixi olan vətəndaş hüquqları təşkilatı ABŞ-da 1880-ci ildə yaradılıb. Bu təşkilat ilk dəfə Hollivudda kar rəssamları mükafatlandırmışdı.

Tərcüməçi vasitəsi ilə danışan Matlin çox işlər görüldüyünü, lakin bundan da çox işlər görülə biləcəyini deyir. “Biz çox işlər görə bilərik. Karlığa çarədən başqa doğrudan da çox işlər görə bilərik. Mən çox istərdim ki, prosesə qatılmış adamlar kreativlik nümayiş etdirsinlər. Rejissorlarla, prodüserlərlə söhbətlərimdən görürəm ki müəyyən irəliləyişlər var, amma kifayət qədər yox.

Ofili kimi kar ifaçılar Matliyə həm ekranda, həm də karların cəmiyyətindəki işlərinə görə hörmətlə yanaşırlar. Aktyorlar “Doğularkən dəyişdirilmişlər” filminin onlarda optimizm yaratdığını deyirlər.
XS
SM
MD
LG