Accessibility links

Hollivudun ən qısa sürən nikahları [AUDİO]


Hollivudun ınqısa sürən nikahları
please wait

No media source currently available

0:00 0:02:34 0:00
Direct link



Hollivudun ən məşhur ulduzlarından, əfsanəvi Elizabet Teylor 18 yaşında 24 yaşlı Konrad Hiltonla evlənib.
1950-ci ildə baş tutan nikah cəmi 205 gün çəkib. Səbəb kimi Elzabet teylor ərinin qəddarlığını göstərmişdi.







Məşhur film ulduzu Eddi Merfinin da evlilik həyatı çox qısa olub. Eddi Merfinin işgüzar qadın Treysi Edmondsla evliliyi cəmi 2 həftə çəkib.

Bora-Bora adasında evlənən cütlük öz nikahını ABŞ-da qeydiyyatdan keçirməyə belə macal tapmayıb. Beləliklə onların heç rəsmən boşanmağa daha ehtiyacı qalmayıb.





Amerikanın tanınmış televiziya aparıcısı və aktyor Mario Lopezlə aktrisa Ali Landrinin də evliliyi 2 həftə sürüb.

​Onlar 2044-cü ilin aprel ayının 24-də evlənib, may ayının 8-də isə ayrılıblar.




Müğənni Britni Spirsin aktyor və rejissor Ceyson Aleksandrla evlilik həyatları cəmi 55 saat sürüb.
​2004-cü ilin yanvarın 3-də Las-Veqasda evlənən cütlük, 2 gün sonra? yanvarın 5-də boşanıb.







Hollivudun parlaq ulduzları Dryu Berrimorun britaniyalı bar sahibi ilə evlilik həyatı 30 gün çəkib.

Pamela Andersonu çox qısa müddətə arvadı adlandıran isə təkcə Kid Rock olmayıb. Rik Salamon Pamela ilə Las Veqasda şounun tənəffüsü zamanı kəbin kəsib. Onların evlilik həyatı isə 60 gün çəkib.


Hollivud ulduzu Nikolas Keyc Elvis Preslini o qədər sevirdi ki, onun qısı Liza Mariyə evlənmişdi. Lakin “Yanan Məhəbbət” dörd ay sonra söndü.








P. Diddidən yenicə ayrılmış Cenifer Lopez 43 yaşında Kris Cadla evləndi. Bir il keçməmiş Caddan ayrılan Cennifer aktyor Ben Afleklə görüşməyə başladı.






Məşhur Kim Kardaşyana evlilik dönəmi qısalığına görə başqa məşhurlardan geri qalmır. Basketbol ulduzu Kris Hamprisə ərə gedən Kim Kardaşyan 72 gündən sonra
boşanıb.​
Amma əksər Hollivud ulduzlarınan fərqli olaraq Kim və Kris izdivaclarından satılan TV və foto materiallardan ümumilikdə 17.9 milyon dollar qazanıblar ki, bu da evli oduqları hər günə 250 min dollar edir. İndi Kardaşyanın yeganə narahatlıq mənbəyi narazı fanatları olmalıdır.
XS
SM
MD
LG