Accessibility links

Hollivudun qadın rejissorları [Video]


Hollivudun qadın rejissorları
please wait

No media source currently available

0:00 0:03:40 0:00

Qadın həmişə, istər romantik, istər, drama, istərsə də komediya janrında Hollivudun vacib komponenti olub. Lakin bu yaxınlaradək kino sənayesində qadın super-qəhrəman janrındakı filmlərdə və rejissorluq sahəsində kişilərlə bəhsə girə bilməyib. Bu yay nəhayət bu bərabərsizliyə istedadlı qadınlar tərəfindən son qoyuldu.

Yarım milyard dollar və iş bitdi. Düz eşitdiniz, yarım milyard. Aktrisa Gel Qadotun oynadığı və rejissor Petti Cenkinsin çəkdiyi “Wonder Woman” – “Qəribə qadın” filmi qadın rejissorların çəkdiyi kassa-filmləri arasında record səviyyəsinə qalxdı. “Mən “Qəribə qadın” filmimi bütün zamanların qəribə qadınları üçün yaratmağa çalışdım. Mən qadın rejissoram, buna görə də bu mövzu mənim üçün çox maraqlıdır. Yəni mən qadınam, o qadındır və ya biz hamımız qadınıq deməyimizdən asılı olmayaraq, mən resissoram və film çəkməyə hazırlaşıram. Nə olursa olsun, bunun qayğısına qalmalıyam” deyə, Petti Cenkins bildirir.

Petti Cenkinsin “Qəribə qadın”ındakı gözəl döyüş səhnələri və maraqlı süjet xətti Dayananı daha da cazibədar edir. II Dünya Müharibəsi zamanı şərlə mübartizə aparmaq üçün Dayana utopik dünyasını arxada qoyaraq, döyüşə yollanır.

Cenkinsin bu qadın qəhrəmanı özündə qəhrəmanlıq və cazibənı birləşdirir. “Qəhrəman olmaq, gedib kimisə döymək, bəlkə də gündəlik həyat üçün adi hal deyil, Gündəlik həyat başa düşmək, sevmək və bağışlamaq deməkdir.”

Bu möhtəşəm qadının yanında aktyor Kris Paynın ifa etdiyi cəsur pilot Stiv Trevor var. Aktrisa Qal Qadot: “Petti mənimlə olduğu və mənə yol göstərdiyi üçün bəxtim gətirdi.”

Qal Qadot və Petti Cenkinsin dinamik dueti Hollivudun qadınnlara bahalı filmlər etibar etməli olduğuna işarədir. Həm də onlar tək deyil: Rejissor Sofiya Kopolla bu yaxınlarda Kann Film Festivalında ən yaxşı rejissor kimi “The Beguiled” (Boqayld) filminə görə “Palm D`Or” mükafatına layıq görüldü. “Kişilərin nöqteyi-nəzərindən bu film original sayıla bilər. Əsgərlərin nöqteyi-nəzərindən isə bu, qadın dünyasıdır. Və məni bunun qadın nöqteyi-nəzərindən necə olduğu düşündürür.”

Poetik janrda çəkilən bu filmdə dünya şöhrətli aktrisalar oynayır. Nikol Kidman və Krietin Danst filmin baş qəhrəmanlardır. Qız məktəbində müəllim işləyən bu qadınlar Birləşmiş Ştatlardakı Vətəndaş Müharibəsində qızlarla birlikdə özlərini də müdafiə etməli olur. Onların gündəlik sakit həyatı bir əsgərin yaralandıqdan sonra bu məktəbdə sığınacaq tapmasından, qadınlar arasında nifaq və qısqanclıq salmasından sonra dəyişir.

Sofiya Kopolla son 71 ildə Kann festivalında ikinci ən yaxşı qadın rejissor kimi mükafata layıq görüldü.

“Qəribə qadın” filmi gəlir baxımından zəfər yaşayır və The Beguiled”in sənət əsəri kimi tanınması Hollivudun qapılarını qadın ustalara aça bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG