İyul ayında ABŞ-ın Kolorado ştratında kino-teatrda insan ölümülə nəticələnmiş qətliamda günahlandırılan şəxsin işi ilə bağlı məhkəmədə ilkin dinləmələr keçirilir.
Prokurorlar Kolorado ştatında 12 nəfərin ölümünə və 58 nəfərin yaralanması ilə nəticələnmiş silahlı hücumla bağlı Ceyms Holmsa qarşı 142 maddə üzrə iş açıb.
Dinləmələrin bir həftə davam edəcəyi və ilk dəfə olaraq prokurorların Holmsa qarşı ittihamları ictimayyət qarşısında açıqlayacağı gözlənilir. Bundan sonra hakim məhkəmə prosesinin başlayıb-başlamaması haqda qərar verəcək.
Prokurorlar ona ölüm cəzası verilib-verilməməsinə dair qərara gəlməyib.
Rəsmilərin sözlərinə görə, Holms gecəyarısı kino-teatra hücum edən zaman auditoriyaya atəş açmazdan əvvəl zalda gözyaşardıcı qazdan istifadə edib.
25 yaşlı Ceyms Holms nevrologiya sahəsində doktorluq dərəcəsi almaq üçün təhsilini davam etdirirdi. Amma silahlı hücumdan bir ay əvvəl o, doktoranturadan çıxmışdı.
Onun vəkili Holmsun ruhi xəstə olduğunu bildirib. Məhkəmə Holmsun ruhi xəstə olması ilə bağlı ifadə vermək üçün ilkin dinləmələrə şahidləri dəvət edə bilər.