Accessibility links

Homoseksuallar beynəlxalq parad keçirib


Dünən Nyu-York, Çikaqo və San Fransisko şəhərləri də daxil olmaqla dünya boyu bir çox şəhərdə homoseksualların paradı keçirilib.

Şənbə günündən başlayan parad beynəlxalq səviyyədə - Fransa, İspaniya, İsrail, Türkiyə, Meksika və Peruda keçirilib.

Bütün həftə sonu davam edən mərasim LGBT icmalar üçün bərabər hüquqların verilməsi və 1969-cu ildə müasir homoseksual hüquq hərəkatının başlanmasına həsr edilib.

Siyasətçilər və məşhurların da iştirak etdiyi mərasimə yüz minlərlə insan qoşulub.

XS
SM
MD
LG