Accessibility links

ABŞ hökuməti homoseksualların hüquqlarının müdafiəsinə çağırır [Video]


Homoseksualları müdafiə kampaniyası
please wait

No media source currently available

0:00 0:03:32 0:00

Homoseksualları müdafiə kampaniyası

Birləşmiş Ştatlar hökumətinin homoseksualların hüquqlarını müdafiəsi və evlənmələrinə dəstəyi dünya boyu öz təsirini göstərir.

Rusiyada zorakılıqlara məruz qalan rəssam və rejissor Aleksandr Karqaltsev hazırda Nyu-York şəhərində azad və təhlükəsiz yaşayır. “Mən homoseksuallara qarşı zorakılıqlara son qoyulmasına çağıran nümayişə getdim, lakin buna imkan vermədilər. Bir neçə adam həbs edildi, polis məni döydü və qan içərisində küçədə qoydu,” deyə, o bildirir.


Birləşmiş Ştatlar rəsmiləri homoseksuallara qarşı zorakılıqların insan haqlarına zidd olduğunu deyərək, Karqaltsevə sığınacaq verdi.

ABŞ homoseksuallara hüquqlarının qorunması üçün yardım və diplomatiyadan istifadə edir. Washington Blade qəzetinin müxbiri Maykl Leyvers ABŞ-ın sponsorluğu ilə Kolumbiyada və dünyanın digər ölkələrində keçirilən seminarlarda iştirak edib. O, bu ölkələrdəki homoseksual fəallarla görüşüb və hökumət rəsmilərinin cavabdeh tutulmasına dair diskussiyalar təşkil edib.
“Bu, o demək deyil ki, bu sahədə ABŞ-da vəziyyət kamildir. Bizim ölkədə də homoseksuallara qarşı diskriminasiya mövcuddur. Lakin Kolumbiyada və digər ölkələrdə homoseksuallarla söhbət edəndə ABŞ-ın bu məsələdə nümunəvi olduğunu görürsən.”

Birləşmiş Ştatların Ali Məhkəməsi həmcinslərin evlənməsinə icazə barədə qərar çıxaranda prezident Barak Obvama Seneqalda səfərdə idi. Seneqalda və dünyanın digər 38 ölkəsində homoseksuallıq cinayət sayılır və bəzi ölkələrdə buna görə ölüm cəzası da verilir.

Cənab Obama çıxışı zamanı həmcinslərin evlənməsinə bəraət qazandırdığını bildirdi. “Biz ədalət prinsipinə inanırıq və məhkəmənin qırarı ədalətə doğru mühüm bir addımdır.”



Əhalisi əsasən müsəlmanlardan ibarət olan Seneqal prezidenti Maki Sall bunun qarşılığında ölkəsinin qanunları dəyişə bilmədiyini söylədi.

Birləşmiş Ştatlarda da həmcins nikaha qarşı çıxanlar ABŞ-ın bu məsələ ilə bağlı xarici siyasətini tənqid edir. Bir çox ştatda hələ də belə homoseksual nikaha icazə verilmir. Milli Nikah Təşkilatından Tomas Piters: “Biz bərabərliyi belə görmürük. Nikahın mənasını dəyişmək - əksinə - cəmiyyətdə qeyri-bərabərlik yaradır. Biz homoseksualların hüquqlarını müdafiə etsək də, nikah institutunu qorumağa çalışırıq.”

İnsan haqları qrupları azad ifadə və zorakılıqlara qarşı mübarizəni ABŞ-ın xarici siyasətində prioritet kimi tanımaqla yanaşı həmcins nikahların da dəstəklənməli olduğunu deyirlər.
XS
SM
MD
LG