Accessibility links

ABŞ-Meksika sərhədində öldürülən iki honduraslı gəncin qatilləri ələ keçirilib


Meksikanın Baha-Kaliforniya ştatı rəsmilərinin bildirdiyinə görə, cəsədləri keçən şənbə günü sərhəd Tijuana şəhərində aşkar edilən iki honduraslı miqrantın qətlində şübhəli bilinən üç nəfər həbs edilib.

Hüquq-mühafizə orqanlarının açıqladığı qərarda həbs edilən iki kişi və bir qadının bu qətllərdən əlavə digər cinayət işlərində də əli olduqları bildirilir.

Cəsədləri sonradan aşkar edilən gənclər boğularaq və bıçaq yaraları alaraq öldürülüb.

Qətlə yetirilən gənclərin 16-17 yaşlarında olduqları təxmin edilir.

Cinayətlə bağlı açıqlamada gənclərin sığınacaqlarını tərk edərək, şəhərə gəzməyə çıxdıqları və soyğunçular tərəfindən hücuma məruz qaldıqları deyilir.

Onlarla birlikdə olan digər bir gəncin də yaralandığı, lakin hadisə yerindən qaça bildiyi bildirilir.

Cəsədləri sonradan aşkar edilən gənclər boğularaq və bıçaq yaraları alaraq öldürülüb.

Birləşmiş Ştatlara daxil olmaq üçün minlərlə mühacir Mərkəzi Amerikadan Meksika-ABŞ sərhədinə gəlib.
Birləşmiş Ştatlara daxil olmaq üçün minlərlə mühacir Mərkəzi Amerikadan Meksika-ABŞ sərhədinə gəlib.

Hondurasın Xarici İşlər Nazirliyi qurbanların ailələrinə başsağlığı verib və Meksika hökumətindən hadisə ilə bağlı rəsmi hesabat, cinayətkarların ədalət məhkəməsi qarşısına çıxarılacağının gözlənildiyini bildirib.

Honduras hökuməti eləcə də vətəndaşlarına Birləşmiş Ştatlarda sığınacaq tapmaq üçün həyatlarını təhlükəyə atmamağı tövsiyə edib.

XS
SM
MD
LG