Accessibility links

Etirazçılar: `Honq Konq polisi gülünc vəziyyətdədir`


Etirazçılar bazar ertəsi axşam saatlarında Honq Konqun ən çox zorakılıqlara məruz qaldığı bölgəsinə gələn polisi fitə basıb.

Honq Konqluların çoxu tələbələr və yeniyetmələr olmaqla, etirazçılara qarşı həddən artıq gücdən istifadə edən polis üzərində müstəqil araşdırmalar aparılmasını tələb edir.

“Polis gülünc vəziyyətindədir və artıq nəzarətdən çıxıb. Biz qətiyyətliyik və səsimizi hökumətə çatdırmaq istəyirik. Onlarsa gücdən istifadə edərək, bizi qorxutmağa çalışır və evdə qalmağa məcbur etmək istəyir,” polisi izləyən 22 yaşlı Ceyms adlı gənc bildirib.

Polis bəzi yerlərdə etirazçılara qarşı gözyaşardıcı və bibər qazından istifadə edib, bundan əvvəl də nümayişlərin keçirildiyi ticarət mərkəzinin qarşısında bir qrup etirazçını saxlayıb.

Etirazçılardan bəziləri polislə “sıçan-pişik” oynasa da, ciddi qarşıdurma olmayıb.

Polis "maskalı qiyamçıların" metro stansiyalarda və ictimai yerlərdə yanğınlar törətdiyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG