Accessibility links

Honq Konqda tətbiq edilən yeni App proqram demokratiya tərəfdarının etirazına səbəb olub


Honq Konqun restoranlar və digər müəssisələrdə insanların yerlərini və onların COVID-19 xəstəsinin yanında olub-olmadığını bildirmək məqsədi daşıyan proqramdan istifadəni tələb edən yeni qanunu demokratiya tərəfdarının etirazına səbəb olub.

LeaveHomeSafe proqramı ilə taksilərdə və digər yerlərdə ikiölçülü QR bar-kodu skan edilir. Əgər orada COVID-19 xəstəsi olubsa proqram istifadəçiləri xəbərdar edəcək və sağlamlıqla bağlı məsləhətlər verəcək.

Hökumət proqramdan istifadəni dekabrın 9-dan tələb edib. Yaşı 65-dən yuxarı, 15-dən aşağı, evsizlər və əlillər istisna olmaqla, proqramdan hökumət binaları, restoranlar, ictimai obyektlər və karaoke kafeləri daxil olmaqla, bütün qapalı yerlərdə istifadə edilir.

Əvvəllər Honq konqlular bütün bunları kağız formalarında qeyd edirdi. Lakin Honq Konq müxalifəti və ya hökumətə etimadsızlığını ifadə edən demokratiya tərəfdarlarının kağızda yazdıqları simvolları hökumət oxuya bilmirdi.

İnsan haqları müdafiəçilərinin sözlərinə görə, Honq konqlular hökumətin bu proqramdan vətəndaşları izləmək üçün istifadə etdiyi bir vasitə ola biləcəyinə inanır.

Honq Konqda eləcə də Leave Home Safe proqramı var ki, Çinə səyahət etmək istəyən insanlar orada qeydiyyatdan keçərək, Health Code-dan istifadə edir.

LeaveHomeSafe-in məxfilik bəyanatında deyilir ki, istifadiçilərdən applikasiya vasitəsi ilə ziyarət göstəricilərini sağlamlıq kodu sisteminə “yalnız öz istəkləri ” və “öz iradələri” ilə yükləmələri tələb olunur.

XS
SM
MD
LG