Honq Konqda on minlərlə nümayişçi hökumətin küçələrdən dağılışaraq ictimai nəqliyyat xidmətlərini bərpa etmək barədə tələblərini rədd edir. Sabiq Britaniya koloniyasının sakinləri rəsmi Pekinin ərazidəki siyasi proseslərə müdaxiləsinə qarşı çıxırlar. 1997-ci ildə Britaniya Honq Konqu Çinə təhvil verəndə rəsmi Pekin ərazidəki demokratik təsisatlara hörmət edəcəyini və demokratik idarə üsulunu qoruyub saxlayacağını vəd etmişdi.
Honq Konqda etiraz dalğası

5
Etirazçılar mərkəzi maliyyə sektoruna gedən yolu bağlayırlar. 29 sentyabr, 2014.

6
Hökumət qərargahı qarşısına toplaşmış minlərlə etirazçı polis maşınının yolunu kəsir. 28 sentyabr, 2014.

7
Müsafirlər Honq Konqda polislə etirazçılar arasında toqquşmalara dair xəbərlər dərc edən qəzetləri nəzərdən keçirir. 29 sentyabr, 2014.

8
İğtişaş polisi maliyyə sektoruna toplaşmış nümayişçilərə qarşı bibər qazından istifadə edir. 28 sentyabr, 2014.