Honq Konqda on minlərlə nümayişçi hökumətin küçələrdən dağılışaraq ictimai nəqliyyat xidmətlərini bərpa etmək barədə tələblərini rədd edir. Sabiq Britaniya koloniyasının sakinləri rəsmi Pekinin ərazidəki siyasi proseslərə müdaxiləsinə qarşı çıxırlar. 1997-ci ildə Britaniya Honq Konqu Çinə təhvil verəndə rəsmi Pekin ərazidəki demokratik təsisatlara hörmət edəcəyini və demokratik idarə üsulunu qoruyub saxlayacağını vəd etmişdi.
Honq Konqda etiraz dalğası

1
İğtişaş polisi Honq Konqda hökumət binasını mühasiərəyə almış izdihama qarşı gözyaşardıcı qazdan istifadə edir. 29 sentyabr, 2014.

2
Etirazçılar mərkəzi maliyyə sektoruna gedən yolu bağlayırlar. 29 sentyabr, 2014.

3
İğtişaş polisi mərkəzi maliyyə sektorunu tərk edir, 29 sentyabr, 2014.

4
Honq Konqun əyləncə məhəlləsində nümayişçilər polisi geri çəkilməyə məcbur edir. 29 sentyabr, 2014.