Bu ərazi 1997-ci ilin iyulundan bəri müxtəli kəskin siyasi, iqtisadi və hətta tibbi böhranlardan keçib. Son dövrlər isə Honq Konqda demokratiya hərəkatı daha da fəallaşıb.
Honq Konq fotolarda: 1997-2017
9
Honq Konqun Monq Kok ərazisində polis etirazçını həbs edir. 9 fevral, 2016. Rəsmilər şəhərin işçi təbəqəsinin yaşadığı ərazidə qeyri-qanuni küçə satışını qadağan edirlər. Bu qarşıdurma 2014 demokratiya nümayişlərindən sonra şəhərdə keçirilən ən sərt etiraz idi.
10
Honq Konq rəhbəri Kerri Lam Çin prezidenti Şi Tsinpinq ilə görüşür. Lamın inauqurasiyası şəhərin Çinə təhvil verilməsinin 20 illiyi qeyd edilən gün keçirilib. 1 iyul, 2017.