Bu ərazi 1997-ci ilin iyulundan bəri müxtəli kəskin siyasi, iqtisadi və hətta tibbi böhranlardan keçib. Son dövrlər isə Honq Konqda demokratiya hərəkatı daha da fəallaşıb.
Honq Konq fotolarda: 1997-2017

1
Honq Konqun 156 illik Britaniya müstəmləkəçiliyindən sonra Çinə qaytarılmasını nümayiş etdirmək məqsədilə Çin ordusu əsgərləri ölkənin bayrağını qaldırırlar. Honq Konq, 1 iyul, 1997.

2
Kiçik sərmayəçi Honq Konq bankının içində səhmlərin qiymətlərini izləyir. Honq Konq, 1 dekabr, 1998. 2008-ci ilin avqustunda şəhəri iqtisadi böhrandan xilas etmək məqsədilə Honq Konq 15 milyard dollar sərf edir.

3
Yas mərasimi iştirakçısı SARS virusuna tutulmamaq üçün maska geyinib. Honq Konq. 22 may, 2003. Honq Konq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan edilən epidemiyanın ən çox yayıldığı şəhər idi.

4
Honq Konqun maliyyə mərkəzində, Kraliçanın adını daşıyan limanda etirazçılarla polislərin qarşıdurması. 1 avqust, 2007. 2007-ci ildə Çin höküməti müstəmləkə dövründən qalan tarixi yerləri yığışdırmaq təşəbbüsü irəli sürmüşdü. Bu, yerli fəalların hiddətinə səbəb olmuşdu.