Accessibility links

Siyasi fəal Almaniyanı Honq Konqa silah satmamağa çağırır


Honq Konqlu demokratiya fəalı Coşua Vong Almaniyanı Çini dəstəkləməməyə və Honq Konq polisinə iğtişaş zamanı istifadə olunan silahların satışını dayandırmağa çağırıb.

"Höküməti qınayan bəyanatlardan əlavə Almaniya Honq Konq polisinə iğtişaş silahlarının satışını və ixracını dərhal dayandırmalıdır," Vonq deyib.

Honq Konq polisi iğtişaşları yatırarkən Almaniya istehsalı olan su şırnaqlarından istifadə edir.

Vonq həmçinin Almaniyanı Çinlə Honq Konqda insan haqları məsələsi gündəmə gətirilməyincə ticarət danışıqlarını dayandırmağa çağırıb.

Heç kim Sovet İttifaqının dağılacağını gözləmirdi. Heç kim Berlin Divarının uçuralacağını proqnozlaşdırmırdı.

Dünya üzrə insan haqları fəallarını Almaniya parlamenti binasında bir araya gətirən tədbirdə iştirak etmək üçün bazar ertəsi axşam Berlinə gələn 22 yaşlı fəal Qərb ölkələrini honq konqluların taleyinə biganə qalmamağa, demokratik hərəkata dəstək verməyə çağırıb.

"Üç onillik əvvəl heç kim Sovet İttifaqının dağılacağını gözləmirdi. Heç kim Berlin Divarının uçuralacağını proqnozlaşdırmırdı. İstəyimiz və qətiyyətimizlə dünyaya Honq Konq xalqının demokratiyaya layiq olduğu barədə mesaj verməyə ümid bəsləyirik," Vonq əlavə edib.

Vonqun fəal həmkarı Çonq Çinq Kvonq demokratiya üçün ən yüksək bədəli ödəməyə hazır olduqlarını söyləyib.

"Bizim və ya mənim ideyam uğrunda ölməyə hazır olub-olmamağımız sualına gəlincə demək istəyirəm ki, tərəfdaşlarımıın etiraz əlaməti olaraq intihar etməsini gözlərimlə gördükdən sonra biz üzləşdiyimiz mübarizədə baş verə biləcək bütün nəticələrə hazırıq."

Honq Konqda nümayişlər şübhəli şəxslərin məhkəmə qarşısına çıxarılması üçün Çinə ekstradisiya edilməsinə icazə verən qanun layihəsinin qarşısını almaq məqsədilə dinc etiraz olaraq başlayıb. Çinə ekstradisiyalara icazə verəcək mübahisəli qanun layihəsinin qarşısını almaq cəhdi daha sonra demokratik islahatlar naminə hərəkata çevrilib.

XS
SM
MD
LG