Accessibility links

Honq Konq polisi etirazları dağıtmaq üçün ilk dəfə əsl güllədən istifadə edib


Honq Konq polisi etirazları dağıtmaq üçün ilk dəfə olaraq əsl güllələrdən istifadə edib.

18 yaşlı Honq Konq etirazçısı polis ona güllə atəşi açandan sonra xəstəxanaya çatdırılıb. Bu, təxminən dörd aydır davam edən etiraz aksiyalarında ilk dəfədir ki, rəsmilər həqiqi güllədən istifadə edir.

İğtişaşlar və polislə şiddətli qarşıdurmalar Honq Konqda etirazlara səbəb olub. Bu isə Çin Xalq Respublikasının 70 illik yubileyi münasibətilə keçirilən paradla eyni vaxta təsadüf edib. Polis nümayişçiləri dağıtmaq üçün əsl güllədən istifadə edib və nəticədə azı bir nəfər xəstəxanaya aparılıb.

Sosial şəbəkələrdə etirazçılar ilə təhlükəsizlik işçilərinin toqquşmasını göstərən video görüntülər ortaya çıxıb. Özünü müdafiə edən təhlükəsizlik qüvvələrindən biri silaha əl ataraq 18 yaşlı gənci yaralayıb. Gənc ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həkimlər onun vəziyyətinin stabilləşdiyini bildirib.

Oxşar hadisələr daha iki yerdə baş verib. Polis rəhbərliyinin sözlərinə görə, bütün hallarda silahın istifadəsi haqlı olub.

"Polis güllədən istifadə etmədən əvvəl etirazçılara xəbərdarlıq edib - lakin bu heç bir nəticə verməyib. Zabitlər təhlükədə olub və hücumları dayandırmaq üçün atəş açmaq məcburiyyətində qalıblar. Onlar qanun çərçivəsində hərəkət ediblər", Konq polisinin komissarı Stiven Lo La Honqdeyib.

Çərşənbə axşamı keçirilən etirazlar son dörd ayın ən böyük miqyaslı etirazlarından biri olub. Polis tapançası ilə yaralanan gəncdən başqa daha on beş nəfər də yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə ediblər.

Səlahiyyətlilər 180 adamın həbs olunduğunu söyləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG