Accessibility links

Honq Konqda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib


Honq Konq polisi bazar günü etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. On minlərlə insan maska qadağasına etirazını bildirmək üçün küçələrə axışıb.

Viktoriya bulvarının hər iki sahilində çoxsaylı insan ağır leysan yağışına baxmayaraq, qanunsuz yürüş təşkil edib.

Şəhərin metro stansiyalarının yarısı hələ də bağlıdır.

Şənbə günü Konq Konqda bütün metro və qatar xidmətləri dayandırılıb, bankomatların önündə uzun növbələr yaranıb, mağazalar bağlanıb, insanlar yenidən yürüş keçirməyə başlayıb. Bundan bir gün öncə isə adada zoraıklıqlar baş verib. Ərazinin lideri isə həmin gecəni “çox qaranlıq bir gün”adlandırıb.

Polislə qarşıdurma isə nümayişçilərin yolları bağlamasından sonra başlayıb.

Honq Konqun Çin tərəfdarı lideri Karri Lam son məhdudiyyətlər çərçivəsində nümayişçilərə maska taxmağa qadağa qoyub.

Lam bu qadağa barədə açıqlamanı cümə günü verib və hökumətə qarşı 4 aydır davam edən və son günlər atran zorakılıqları pisləyib.

"Biz yeni qanunun maskalı etirazçılara və iğtişaşçılara təsirinin olacağına, polisə isə qanun çərçivəsində hərəkət etməsinə yardım edəcəyinə inanırıq" - deyə, Lam bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG