Bazar günü Honq Konqda nümayişçilər qadağaya baxmayaraq, şəhər küçələrinə axın edib.
Nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edən polisə yanğın bombaları atılıb.
Nümayiş liderləri üzərində "Nə az, nə çox, beş tələb" sözləri yazılmış plakatlar tutub.
Etirazçılar yolla bağlayan daşları ətrafa səpələyib.
Honq Konqun lideri Karri Lam şənbə günü bu həftə sonu planlaşdırılan hökümət əleyhinə yürüşdən öncə polis zorakılığını müdafiə edib.
Bir həftə davam edən sakitlikdən sonra bazar günü keçirilən yürüş demokratiya hərəkatının gücünü sınaqdan keçirib.
Təşkilatçılar yürüşün polisin nümayişin qanunsuz olduğuna dair qərarına baxmayaraq keçiriləcəyinə söz verib.
Daha öncə minlərlə insan polisə məhəl qoymayaraq icazəsiz kütləvi yürüşlər keçirib. Etirazlar dinc başlasa da, günün sonuna doğru zorakı hal alıb.
Lam şənbə günü RTHK kanalına müsahibədə bildirib ki, polis etirazçılara qarşı müvafiq gücdən istifadə edib və etirazçıların zorakılıqlarına cavab verib.
Etirazlar iyun ayında başlayandan bəri 2600-dən çox insan həbs olunub.