Accessibility links

Honq Konqun beynəlxalq hava limanı normal fəaliyyətə başlayıb


Honq Konqun beynəlxalq hava limanını iki gün ələ keçirən demokratiya tərəfdarı nümayişçilərlə polis arasında toqquşmadan sonra çərşənbə günü aeroport normal fəaliyyətə başlayıb.

Yorğun sərnişinlər təyyarələrinə minmək üçün uçuş qapılarına aeroportda yalnız otuza yaxın etirazçının qaldığı vaxt gedə bilib.

Etirazlar polisin səyahətçilərin terminallara girmələrinə və yüklərini almalarına mane olmağa çalışan etirazçılara qarşı dəyənək və bibər qazından istifadə etməsindən sonra çərşənbə axşamı gecə sona çatıb.

Etirazçıların Honq Konqun beynəlxalq hava limanını ələ keçirdiyi iki gün ərzində bütün uçuşlar təxirə salındığına görə yüzlərlə sərnişin evinə getməyə tələsib. Çərşənbə axşamı etirazlar şiddətləndiyi üçün bəzi qəzəbli sərnişinlərlə etirazçılar arasında toqquşmalar olub.

Vəziyyət bir qrup etirazçının iki nəfərin Çin casusu olduğundan şünhələnərək, onları döyməsindən sonra daha gərginləşib. Sonradan döyülən şəxslərdən birinin Çinin dövlət tərəfindən idarə olunan “Global Times” qəzetinin Tabloid üçün çalışan bir jurnalisti olduğu müəyyən edilib.

Çərşənbə axşamı hava limanında baş verən iğtişaşlar zamanı 5 nəfərin həbs edildiyi bildirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG