Honq Konqda demokratiya tərəfdarı siyasətçi və digər 4 nəfər bıçaq hücumuna məruz qalıb.
Hücumçu nümayişçilərin toplaşdığı ticarət mərkəzlərindən biri olan Cityplaza mall-da onlara hücum edib.
Şəhərdə artıq 22-ci həftə sonu islahat tələbi ilə aksiyalar keçirilir.
Yerli medianın məlumatında hücumçunun "Honq Konq Çinindir" sözlərini dediyi bildirilib.
4 kişi və 1 qadın xəstəxanaya çatdırılıb. Onların ikisinin vəziyyəti ağırdır.
Hücuma məruz qalanlar arasında olan siyasətçi Çiu Ka-yinin qulağının bir hissəsi kəsilib.
Şəhərdə etirazlara 5 ay əvvəl ekstradisiya qanunu start verib. Etiraz aksiyaları zorakılıqlar və həbslərlə müşayiət edilir.
Honq Konq Çin 1997-ci ildə ərazinin nəzarətini Britaniyadan geri alandan bəri “bir hökümət iki sistem” quruluşu altında yüksək dərəcədə muxtariyyətə malikdir.
Lakin siyasi fəallar və müşahidəçilər deyir ki, Pekin yavaş-yavaş ərazi üzərində nəzarətini artırır və insanların təməl azadlıqları əllərindən alır.