Accessibility links

Honq Konq lideri qanunvericilər önündə çıxış edib


Honq Konqun baş icraçısı iyul ayında seçilənən bəri çərşənbə ilk dəfə olaraq qanunverilicər önündə çıxış edib.

Mart ayında seçilən Lam Honq Konqun ilk qadın lideridir.

Karri Lam gələn beş il ərzində şirkətlərin gəlir vergilərini azaltmağa və yoxsul ailələr üçün subsidiyalaşdırılmış evlər inşa edəcəyinə söz verib.

Pekinin dəstəklədiyi Lam həmçinin deyib ki, Çin üçün ən yaxşı “institusional quruluş” “bir ölkə, iki system” quruluşudur. O deyib ki, Çinin suverenliyini qorumaq Honq Konq sakinlərinin vəzifəsidir. Bu isə Çin ərazisi olan Honq Konqda tam demokratiya tələb edən fəallara xəbərdarlıq olaraq qiymətləndirilib.

Lakin etirazçılar hər kəsin Lamın Çin tərəfdarı mövqeyini dəstəkləmədiyini göstərib.

XS
SM
MD
LG