Accessibility links

Honq Konq polisi dəmir yolu stansiyası və hava limanında mövqe tutub


Hinq Konqun iğtişaş polisi şəhərin dəmir yolu stansiyası və hava limanında mövqe tutub. Məqsəd gecə zorakılıqlarından sonra nəqliyyatın hədəf alınmasına mane olmaqdır.

Bundan əvvəl nümayişçilər hava limanının gəliş terminalını ələ keçirərək, yaxınlıqdakı yolları bağlayıb, küçələrdə yanğın törətmişdi.

Stansiya və hava limanına yalnız biletləri olan sərnişinlər buraxılır. Lakin buna baxmayaraq nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.

Polis etirazçıları Honq Konqun şimal-şərqində Tuen Munda yüzlərlə insanın iştirak etdiyi yürüşdə zabitlərə su atmaqda ittiham edib. Azı bir nəfərin həbs olunduğu bildirilib.

Bu aksiya iyundan bəri Honq Konqda hər həftə sonu keçirilən nümayişlərlər müqayisədə daha kiçik miqyaslı olub. Honq Konqda nümayişlər hökümətin irəli sürdüyü ekstradisiya qanun layihəsinə etiraz olaraq başlayıb və daha sonra yarı-muxtar ərazidə daha böyük demokratiya tələblərinə çevrilib.

Etirazçılar Pekin və Lamın hökümətinin keçmiş Brtianiya müstəmləkəsi 1997-ci ildə Çinə təhvil verilərkən onlara vəd edilən “yüksək dərəcədə muxtariyyət” və qərbsayağı vətəndaş azadlıqlarını əllərindən aldığından şikayətlənir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG