Accessibility links

Honq Konq tələbələri ilə kampus qarşıdurması davam edir


Honq Konq tələbələri ilə kampus qarşıdurması davam edir
please wait

No media source currently available

0:00 0:01:27 0:00

Honq Konq tələbələri ilə kampus qarşıdurması davam edir

Bazar günündən etibarən Honq Konq universitetində qurulan barrikadalar arxasında 200-ə yaxıb etirazçı tələbə qalıb. Bina iğtişaş polisi tərəfindən mühasirədə saxlanılır. 24 saat ərzində tələbələrin bəziləri kampusu tərk edib və ya polisə təslim olub.

Son həftə ərzində tələbələrin nümayişlərinə səhnə olan universitet zibilliyə çevrilib. Kampusda vəziyyət ağırdır. 2 tələbə Amerikanın Səsin bildirib ki, onlar intihar etməyi düşünür.

Etirazşılar davamlı şəkildə şəhərciyi tərk edir. Kollec yaşlarında tələbələri iğtişaş ittihamları ilə illərlə həbs cəzası gözləyir.

Honq Konqun icra başçısı Karri Lam polisin əməliyyatlarını müdafiə edib.

"Zorakılılar dayadırılmalı, silahlar təhvil verilməli, təsisatlar dinc şəkildə polisdən təhvil alınmalıdır."

Universitet tələbəsi Derek Kvan içəridə qalanların ehtiyatlarının tükəndiyini deyir.

"Ehtiyacların daşınmasına polis tərəfindən barrikadalar, keçid məntəqələri qurulmaqla mane olunur. Kifayət qədər su olsa da, ərzaq tükənməkdədir."

Universitet şəhərciyinin qarşıdında toplaşan valideynlər dinc həll yoluna çağırır.

"Onları iğtişaşçı kimi günahlandırmayın. Sakin şəkildə çıxmalarını təşviq edin. Biz valideynləri narahat edən budur" - deyə, valideynlərdən biri deyib.

Tərəflər dinc yolla həllə çağırsalar da, buna necə nail olunmasını bilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG