Accessibility links

Honq Konqda etirazçılar yolları bağlayıb


Honq Konqda hökümət əleyhinə şüarlar səsləndirən etirazçılar üç aydan çox davam edən iğtişaşlardan sonra şəhərin lideri Karri Lamın cümə axşamı ilk dəfə insanlar qarşısında "açıq dialoq" çıxışını etdiyi stadionun ətrafındakı yolları bağlayıb.

Polis etirazçıların dağılmasına xəbərdarlıq olaraq mavi bayraq qaldırıb. Adətən belə bir xəbərdarlıq gözyaşardıcı qazla müşayiət olunur. Lakin polis bunu etməyib.

Bir neçə saat sonra, gecə yarısından əvvəl etirazçılar şüar səsləndirməyi dayandırıb. Polislərdən bəziləri qalxanlarını yerə qoyub. Karri Lamın stadionu nə vaxt tərk edib-etməməsi məlum olmayıb.

Adı Britaniyanın müstəmləkə dövründən qalan Kraliça Yelizaveta Stadionuna çıxış edən Lamı etirazçılar ictimaiyyətə laqeyd yanaşmaqda və sonu olmayan bir böhran yaratmaqda günahlandırır.

Karri Lam administrasiyasının böhranın həlli yoliunda ən ağır məsuliyyət daşıdığını deyib. "Bütün fırtınaya hökumətin ekstradisiya ilə bağlı qanun layihəsi səbəb oldu. Problemdən qurtarmaq və çıxış yolu tapmaq istəyiriksə, hökumət bunun üçün böyük məsuliyyət daşıyır" - deyə, Lam bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG