Accessibility links

Honq Konqda yeni milli təhlükəsizlik qanuna əsasən yeni ittihamlar irəli sürülür


Honq Konqda yeni milli təhlükəsizlik qanuna əsasən demokratiya tərəfdarı Coşua Vonqa qarşı ittiham irəli sürülüb.

İttihamlarla bağlı xəbər fəalın Facebook səhifəsində yayılıb. 24 yaşlı Vonq hazırda 2019-cu ildə qanunsuz eiraz aksiyasının təşkili ittihamı ilə 13 il yarımlıq həbs cəzası çəkir.

Çərşənbə günü Honq Konqdayeni milli təhlükəsizlik qanununa əsasən yarı-muxtar şəhərdəki müxalifət qüvvələrinə qarşı keçirilən reydlər zamanı azı 50 nəfər demokratiya tərəfdarı həbs olunub.

Bu, dünən səhər saatlarında keçirilən reydlərlərdən sonraya təsadüf edir.

Reydlər zamanı həbs edilənlər arasında sentyabr ayına təyin edilmiş seçkilərdə iştirak edəcək namizədləri seçmək üçün keçən ilin iyul ayında ilkin seçkilərə qeyri-rəsmi qatılan Honq Konq Demokrat Partiyasının bir neçə üzvü də olub.

Namizədlər Qanunvericilik Şurasında təklif olunan büdcələrə və Pekinə meylli hər hansı bir qanunvericiliyə qarşı çıxacaq yerlərin əksəriyyətini qazanmağı ümid edirdi.

Beynəlxalq insan haqları qrupları reydləri qınayıb. Human Rights Watch-un Çin tədqiqatçısı Maya Vanq rəsmilərin Honq Konqda qalan demokratiyanın nazik səthini də sildiklərindən bəhs edib. "Milyonlarla Honq Konqlu seçki hüququ uğrunda mübarizəsini davam etdirəcək və hökuməti demokratik yolla seçəcək” - deyə, o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG