Accessibility links

Honq Konqda etirazlar davam edir


Honq Konqda demokratiya tərəfdarı etirazçılar çərşənbə günü ikinci dəfə şəhərin metro sistemində maneələrə səbəb olub və nəticədə insanlar qatarları tərk edə bilməyib.

Bəzi stansiyalarda metro xidməti ya dayandırılıb, ya da yavaşlayıb. Bu səbəbdən də insanlar pulsuz avtobuslarla digər metro stansiyalarına getmək üçün uzun növbələrdə dayanıb.

"Mənim saat 10-da iclasım var, indi isə saat 8-dir. Düşünürəm ki, işim və iclas gözləyə bilər. Amma azadlıqlarımız, təhlükəsizliyimiz və insan haqlarımımz əlimizdən alınır və bu gözləyə bilməz" - deyə, metro istifadəçisi Con söyləyib.

Metro istifadəçiləri ilə nümayişçilər arasında qarşıdurma ilə nəticələnən etirazlara cinayətdə ittiham olunan Honq Konq sakinlərinin Çinə ekstradisiyasını tələb edən qanun layihəsinə son qoyulmasına dair çağırışlar səbəb olub. Həmin qanun layihəsi artıq təxirə salınıb.

Bu etirazlara həmçinin demokratik islahatlara və Pekinin ərazi üzərində nəzarətini artırmasına son qoymasına dair çağırışlar daxildir.

Çin höküməti bazar ertəsi rəsmi olaraq Honq Konq xalqını zorakılığa qarşı çıxmağa çağırıb və bəzi Qərb siyasətçilərini çaxnaşma yaratmaqda ittiham edib.

XS
SM
MD
LG