Accessibility links

İranın ali lideri qonşu ölkələrdən neft nəqlinin qarşısını almaq təklifini dəstəkləyir


İranın ali lideri Ayətulla Əli Xameneyi şənbə günü prezident Həsən Ruhaninin qonşu ölkələrin neft ixracının qarşısını almaq təklifini dəstəkləndiyini bildirib. Ruhani bu təklifi İranın neft ixracının dayandırıldığı halda edilə biləcəyini bildirmişdi. Bu təklifə müsbət reaksiya verən Ali lider isə öz növbəsində Birləşmiş Ştatlar ilə yeni danışıqların keçirilməsini “aşkar yanlışlıq” olacağını əlavə edib.

Ruhahinin qonşu ölkələrin neftin nəql etməsində problemlər yaratmaq hədəsi ABŞ-ın yeni sanksiyalarına və Vaşinqtonun bütün ölkələri İran neftini almağı dayandırmasına məcbur etməsi səylərinə cavab olaraq səsləndirilib.

İran rəsmiləri keçmişdə bir neçə dəfər ABŞ addımlarına cavab olaraq əsas neft nəqlinin həyata keçirildiyi Hörmüz Boğazını bağlamaq hədələri səsləndirib.

Xameneyi şənbə günü xarici işlər nazirliyi rəsmisinin nitqini istifadə edərək, prezident Donald Trampın 2015-ci il İran nüvə proqramı ilə bağlı beynəlxalq sazişdən çıxmaq qərarından sonra hər hansı yeni danışıqlardan imtina edilməli olduğunu bildirib.

İranın bütün əhəmiyyətli məsələlərində son söz sahibi Xameneyinin dəstəyi Ruhaninin hədələrinə qarşı hər hansı açıq müxalif fikrin səslənməsi ehtimalını heçə endirir.

Xameneyi eyni zamanda İranın nüvə sazişi imzaladığı avropalı müttəfiqlərlə danışıqlar aparmağa davam etməyə dəstəyini ifadə edib. ABŞ sazişdən çıxandan sonra sazişə imza atmış digər ölkələr yaranan böhrandan çıxmağın yollarını axtarır.

Fransa bu ayın əvvəli bildirib ki, Avropa qüdrətlərinin İran sazişini xilas edəcək iqtisadi paketin hazırlanması noyabr ayından tez baş tutmayacaq.

ABŞ sanksiyalarına görə, İranın neft ixracı ilin sonuna qədər üçdə iki həcmdə aşağı düşə bilər. Vaşinqtonun ilkin niyyəti İranın qlobal neft bazarına neft təminatını tamamilə kəsmək idi. Prezident Donald Tramp ABŞ-ı İran neft sazişindən çıxardıqdan sonra digər ölkələrdən noyabr ayına qədər İrandan neft alışını dayandırmağı tələb edir.

Lakin son zamanlar prezidentin mövqeyi nisbətən yumşalıb. Tramp bəzi ölkələrə İran sanksiyalarından müvəqqəti yayınmaya imkan yaradacağını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG