Accessibility links

Amsterdam polisi bildirib ki, israilli futbol azarkeşlərinə hücumdan sonra 5 nəfər xəstəxanaya yerləşdirilib, 62 nəfər saxlanılıb


Amsterdam polisi cümə günü bildirib ki, hakimiyyət orqanlarının futbol matçından sonra sistematik zorakılıq kimi təsvir etdiyi israilli azarkeşləri hədəf alan antisemit iğtişaşçılar tərəfindən törədilən hadisədən sonra beş nəfər xəstəxanaya yerləşdirilib və 62 nəfər həbs edilib.

Niderland və İsrail liderləri zorakılığı pisləyiblər və yəhudi qrupları da hadisəni qınayıb. İsrailin xarici işlər naziri Niderlanda təcili diplomatik səfərə gedib. Yaxın Şərqdəki müharibələrlə əlaqəli qlobal gərginliklər səbəbindən son bir il ərzində bir çox ölkədə İsrail komandaları ilə matçlar təhlükəsizliklə bağlı narahatlıqlara səbəb olub.

Amsterdam polisi X-də bir yazıda bir neçə zorakılıq hadisəsi ilə bağlı böyük bir istintsq başlatdıqlarını deyib. Yazıda Avropa Liqasının Ayaks və Makkabi Təl-Əviv matçından sonra cümə axşamı gecəsi zorakılıq nəticəsində yaralananlar və ya saxlanılanlar haqqında əlavə məlumat verilməyib.

Səlahiyyətlilər yaxın günlərdə Amsterdamda əlavə polisin patrul edəcəyini və böyük bir yəhudi icmasının yaşadığı və İkinci Dünya Müharibəsində yəhudi gündəlikçisi Anne Frank və ailəsinin nasist işğalçılarından gizləndiyi şəhərdəki yəhudi müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini bildirib.

Baş nazir Benyamin Netanyahunun ofisindən verilən açıqlamada "Amsterdamda vətəndaşlarımıza edilən hücumun ağır görüntülərinin diqqətdən kənarda qalmayacağı" və Netanyahunun "dəhşətli hadisəyə son dərəcə ciddiliklə yanaşdığı" bildirilib. O, Niderland hökumətindən bu işdə iştirak edənlərə qarşı "ciddi və sürətli tədbirlər" görməsini tələb edib.

Netanyahunun ofisi əlavə edib ki, o, Niderlanddakı yəhudi icmasının təhlükəsizliyinin artırılmasına çağırıb.

Niderlandın Baş naziri Dik Şof X-də zorakılıq xəbərlərini "dəhşətlə" izlədiyini qeyd edib.

Amsterdamda baş verən zorakılıqlar Avropa futbol qurumu UEFA tərəfindən bu ay təşkil olunacaq iki oyunda təhlükəsizlik tədbirlərinin nəzərdən keçirilməsinə səbəb olacaq. Fransa seçmə komandası Millətlər Liqasında növbəti cümə axşamı Paris yaxınlığındakı Stade de France-da İsraillə qarşılaşacaq və Makkabi Tel-Əvivin növbəti Avropa Liqası oyunu noyabrın 28-də İstanbulda Beşiktaşla olacaq.

Forum

XS
SM
MD
LG