ABŞ Nümayəndələr Palatasının spikeri Kevin MakKarti çərşənbə axşamı qanunvericilərin Prezident Co Baydenlə bağlı impiçment təhqiqatı başlatdıqlarını və bununla da Baydenin oğlu Hanterin xarici biznes sövdələşmələrindən faydalandığına dair ittihamarla əlaqədar araşdırmanı genişləndirdiklərini elan edib.
Nümayəndələr Palatası komitələri aylarla davam edən araşdırmalardan sonra indi ABŞ Prezidenti Co Baydenlə bağlı impiçment təhqiqatı aparacaq.
“Biz araşdırmalarımız vasitəsilə prezident Baydenin Amerika xalqına ailəsinin xarici biznes sövdələşmələri haqqında onda olan məlumat ilə bağlı yalan danışdığını aşkar etdik," Nümayəndələr Palatasının spikeri Kevin MakKarti deyib.
MakKartinin elanı Nümayəndələr Palatasındakı mühafizəkarlar tərəfindən aylarla davam edən təzyiqlərdən sonraya təsadüf edib.
"Düşünürəm ki, hər hansı başqa bir vətəndaş prezidentin yerində olsa idi, qədər o, artıq məhkəmədə olardı,” Nümayəndələr Palatasının Azadlıq kokusunun sədri Skott Perri deyib.
Demokratlar deyir ki, Respublikaçılar on minlərlə sənədin müstəntiqlərə təhvil verildiyi araşdırmadan sonra Baydenin ehtimal edilən qanun pozuntusuna dair heç bir sübut təqdim edə bilməyiblər.
“İmpiçmentlə bağlı araşdırma absurddur. Amerika xalqı bizdən onların həyatlarını yaxşılaşdıracaq bir şey etməyimizi istəyir, bu cür təqiblər və ifritə ovları deyil,” Senatın çoxluq lideri Çak Şumer deyib.
Respublikaçılar ABŞ Nümayəndələr Palatasında 5 yerlik cüzi səs fərqi ilə əksəriyyət təşkil edir.
“Mümkündür ki, bu impiçment maddələri heç vaxt Senata çatmayacaq. Respublikaçıların cüzi səs çoxluğu ilə onu finiş xəttindən keçirə bilib-biləməyəcəkləri bəlli deyil. Onlar, şübhəsiz ki, demokratların dəstəyinə arxalana bilməzlər. Ona görə də, onlar üzvlərinin hamısını bir yerdə tutmalıdırlar. Və onlardan yalnız beşini itirsələr, onu palatadan keçirə bilməyəcəklər,” İkitərəfli Siyasət Mərkəzindən Maykl Torninq deyib.
Bəzi Respublikaçılar 2024 seçki ilindən öncə impiçment təhqiqatı aparmaqla bağlı narahatlıqlarını ifadə ediblər. Keçmişdə impiçmentin nadir bir proses olmalı olduğunu deyən Senatın azlıq lideri Mitç MakKonnel çərşənbə axşamı şərh verməkdən imtina edib.
“Bizim çox işimiz var,” Mitç MakKonnel deyib.
Təhqiqatın başladığına dair açıqlama həm də Konqreslə Ağ Ev arasında qarşıdurma yaradır, çünki qanunvericilər hökuməti 30 sentyabrdan sonra açıq saxlamaq üçün Baydenlə razıllıq əldə etməlidirlər. Hökumət bağlanasa, Nümayəndələr Palatasının komitələri impiçment araşdırması üzərində işləyə bilməyəcəklər.
Forum