İnsanlar ABŞ-ın Texas ştatı haqqında düşünəndə onların ağlına çox vaxt böyük papaqlar və uzunburun çəkmələr geyinmiş kovboylar gəlir. Lakin Texas təkcə bu insanlardan ibarət deyil, daha başqadır. Bir araşdırma göstərib ki, ştatın ən böyük şəhəri Hyuston çox sayda mətbəxi və mühacirlərinin hekayələri ilə ABŞ-ın müxtəlif mədəniyyətlərə malik olan şəhəridir.
Emi Satsadi və ailəsi Texas ştatının Hyuston şəhərinə Laos və Taylandın şimal-şərqinin təamlarını gətirib. Emi Satsadi: "Əminəm ki, hamı Texası kovboylar, mal-qara və fermaların olduğu yer kimi düşünür. Ən azından mən belə düşünürdüm".
Pensilvaniya ştatının Filidelfiya şəhərindən olan Satsadi artıq Hyustonun immiqrantlar şəhəri olduğunu düşünür.
Satsadi və qardaşı Laos və Taylandın şimal-şərqindəki İsaan bölgəsinin yeməkləri üzrə ixtisaslaşan anaları Çomsi Saysaniyə məxsus restoranı idarə etməyə yardım edir. Çomsi Saysani: "Vyetnam müharibəsi zamanı biz 1979-cu ilə qədər Laosda qaldıq. Və nəhayət, Taylanda köçdük."
Sonra əri ilə birlikdə ABŞ-a gəlib. O, bunu xatırlayır. "Aman allahım, heç bir fikrim yoxdur. Fərqli dünyaya, başqa ölkəyə, başqa həyata gedirik. Sanki hər şeyi yenidən başlamalısan. Bəlkə yeməyə düyüləri yoxdur. Mən "Aman allahım, mən öz yapışqan düyü götürməliyəm və ya yemək bişirmək üçün başqa bir şey" deyirdim."
ABŞ-ın bir neçə ştatında yaşadıqdan sonra Saysani öz yolunu Asiya yeməkləri tərkiblərinin bol olduğu Hyustonda tapıb. Burada yaşayan bəzi insanlar deyirlər ki, şəhərin ən böyük cazibəsi müxtəlif çeşidli yeməklərdır. Hyuston Universitetindən Treysi Ksavia Karner: "Tanımadığın bir ölkəyə gəlirsənsə, sənin dilində danışan insanların və yeməyinin ola biləcəyi bir yerə gəlmək istəyirsən və Hyustonda bunların hamısı var."
Mühacirləri Hyustona cəlb edən həm yaşayış xərclərinin aşağı olması, həm də enerji sektorundan tutmuş, tibb sahəsinə qədər, müxtəlif iş yerlərinin olmasıdır.
Şəxsi maliyyə saytı "WalletHub" hökumət məlumatlarını təhlil edib və Hyustonu ABŞ-ın 2024-cü ilin müxtəlif sahəli böyük şəhəri adlandırıb. "WalletHub"-ın müəllifi Çip Lupo: "O, təhsil müxtəlifliyi, dil müxtəlifliyi, sənaye müxtəlifliyi, dini müxtəliflik də daxil olmaqla, müxtəlifliklə əlaqəli bir sıra ölçülərə görə yüksək yer tutur."
Saysani deyir ki, o, 1985-ci ildə buraya gəldiyindən bəri şəhər çox dəyişib. "O zaman bizim yalnız iki məbədimiz var idi - Tay və Laos məbədi. Çox seçim yox idi. İndi daha çoxdur."
Bir çox mühacir kimi Saysani də ailəsinin köməyi ilə restoran açıb. Oğlu Alan Ortiz uşaqlığının böyük hissəsinin anasının yemək bişirməsainin olduğunu xatırlayır. Alan Ortiz: "O, mənə yapışqan düyü yedizdirərdi. Laos yeməyi. O, sevgisini yeməklə ifadə edirdi."
İndi o, ailəsinin ev yeməklərini dadmaq istəyən hər kəsi yedizdirir. Bununla da o, öz növbəsində Cənub-Şərqi Asiyadakı qohumlarını dəstəkləyir.
Ailəsi ilə bir restoran işlətmək həmişə asan olmayıb. Emi Satsadi: "Günün sonunda biz bir-birimizi sevirik. Bilirsiniz, biz başqa yerdə işləyə bilməzdik, çünki əylənirik".
Şəhərin yeməklərinə və mədəniyyətinə müxtəlifliyi əlavə edən bu əyləncədir.
Forum