Accessibility links

Hyustonun bəzi məhəllələri hələ də suyun altındadır [Video]


Yağışların dayanmasına baxmayaraq, Hyustonun çaylara və su bəndlərinə yaxın məhəllələri hələ də su altındadır. Öz qayıqları ilə yardıma gələn Texas sakinləri və kənardan gələn könüllülər bir-birləri ilə sosial media vasitəsilə əlaqə saxlayır. Onlar deyirlər ki, Texasda baş verənlər Vaşinqtondakı qanunvericilər üçün yaxşı modeldir.

Cəmi bir neçə gün əvvəl bu çayın yerində dəmiryol var idi. Könüllülər su basmış məhəllələrdəki evlərdə ilişib qalan insanları axtarır. “Biz Hyustonun mərkəzinə getdik və orada evlərdə qalan insanları xilas etdik. Orada su bəndi dağılmışdı və onları təcili çıxarmaq gərək idi” deyə, Piter Çao bildirir.

Hyuston
Hyuston

Vyetnamlı mühacirlərin oğlu Piter Çao deyir ki, ola bilsin könüllülər biri-birilərini tanımır, lakin onlar bir ailə kimi çalışır. “Rəngindən, irqindən asılı olmayaraq, onlar bir neçə qayığa mindirildi. Nə rəngdə olursan ol, hansı irqdən olursan ol, biz hyustonluyuq. Texaslılar bir-birinə kömək edir.”

Sel çoxları kimi Debbi Vinterin də hər şeyini əlindən alıb. “Bizim evdə su ikinci mərtəbəyə kimi qalxmışdı. Sonra üçüncü mərtəbəyə qalxmağa başladı. Hamı evi tərk etdi, lakin mənim yoldaşım içəridə qalıb, nəyisə xilas etməyə çalışırdı. Sonradan onun özünü qayıqla xilas etdilər.”

Lakin oğrular və qarətlər barədə xəbərlərdən sonra bəziləri evlərini tərk etmək istəmir. Könüllü Castin Albert: “Biz bu çayla gedərkən bəzi insanları yuxarı mərtəbədəki balkonlarda gördük, lakin onlar evlərindən çıxmaq istəmir. Belə olan halda biz heç nə edə bilmərik.”

Hyuston
Hyuston

Yoluna davam edən Castin Albert və onun komandası şəhərin şimalındakı məhəllədə bir neçə nəfəri xilas edə bilib. Könüllülər deyirlər ki, insanların qayıqlarla ehtiyacı olanlara yemək, su, ev əşyaları ianə etməsi amerikalıların təbii fəlakətlər zamanı nələr edə biləcəyini göstərir. “Xəbərləri izlədikdən və Birləşmiş Ştatlar boyu nələrin baş verdiyindən xəbərdar olduqdan, hazırda insanların nələr etdiyini gördükdən sonra amerikalıların birlikdə nələr edə biləcəyini anlayırsan.”

"3P Axratış və Xilasetmə Komandası"ndan Mətt Heyni: “Demokratlar və Respublikaçılar, eləcə də hökumətin ədliyyə qanadı və icra qanadı başa düşsələr ki, adi işdə çalışan insanlar necə bir araya gələ bilərək işləyir, onda onlar da birgə işləməyin vacibliyini anlayarlar.”

Bu müxtəlif siyasi baxışları və fərqli mədəni kökləri əks etdirən ailə qarşıdan gələn günlərdə öz yardım əlini uzatmaqda davam edəcək.

XS
SM
MD
LG