Accessibility links

Husilər Qırmızı dənizə daha 6 gəmi əleyhinə raket atıblar


ABŞ rəsmisi Amerikanın Səsinə bildirib ki, İranın dəstəklədiyi husi militanları ABŞ-ın beynəlxalq gəmiçilik zolağına hücumları dayandırmaları, əks təqdirdə nəticələrlə üzləşdiklərinə dair çağırışlarına bir daha məhəl qoymayıblar və bu dəfə Yəmənin husilərin nəzarətindəki bölgələrindən Qırmızı dənizə altı gəmi əleyhinə raket atıblar.

Adının anonim qalması şərtilə danışan rəsmi deyib ki, ABŞ-ın dəniz qüvvələri çərşənbə axşamı raketlərdən ən azı birini vurub, digərləri dənizə düşüb.

CENTCOM bəyanatında bildirib ki, xəsarətlərin olduğu bildirilməyib, gəmi isə təyinat yerinə doğru hərəkət etməyə davam edib.

CENTCOM bildirib ki, Qırmızı dənizin cənubunda Barbados bayrağı altına üzən Birləşmiş Krallığa məxsus MV Morning Tide gəmisini hədəf aldığı güman edilən üç raket suya düşərək, heç bir ziyana səbəb olmayıb.

Husilərin ən son raket zərbələri Müdafiə Kəşfiyyat Agentliyinin çərşənbə axşamı açıqladığı məxfi hesabatında Yəməndəki husi militantlarının bölgədəki son hücumlarında İran istehsalı olan müxtəlif raketlər və pilotsuz təyyarələrdən istifadə etdiyini təsdiqlədiyi vaxta təsadüf edib. Hesabatda İran silahlarının husilər tərəfindən istifadə edildiyini göstərən ictimaiyyətə açıq olan şəkilləri müqayisə edir və husilərlə İran İslam İnqilabı Keşikçiləri Korpusu arasında möhkəmlənən əlaqələri vurğulayır.

​Bundan əlavə çərşənbə axşamı ABŞ ordusu husilərin partlayıcılarla yüklənmiş iki kamikadze dron qayığına qarşı son özünümüdafiə zərbələri endirdiyini bildirib.

Bölgədə ABŞ qüvvələrinə nəzarət edən CENTCOM bildirib ki, qayıqlar “bölgədə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və ticarət gəmilərinə qaçılmaz təhlükə yaradırdı.”

“Biz husilərlə müharibə aparmırıq. Biz husilərlə müharibəyə girmək istəmirik, ancaq onlar hücumlarını davam etdirsələr, biz onların imkanlarını pozmağa və azaltmağa davam edəcəyik,” Pentaqonun mətbuat katibi general-mayor Pay Rayden bazar ertəsi müxbilərə deyib.

ABŞ-ın bazar günü endirdiyi zərbələr husilərin bir neçə qanadlı raketlərini vurub. Şənbə günü ABŞ və Britaniya Yəməndə husilərin ən azı 36 hədəfini vurub.

Husilər deyib ki, onların Qırmızı dənizə hücumları Qəzza xalqına həmrəylik məqsədi danışıyır. Onlar ABŞ və Britaniyanın zərbələrinə rəğmən, hücumlarını davam etdirməyə söz verib.

“Bizim İsrailə qarşı müharibə mənəvi mahiyyət daşıyır, çünki onun məqsədi Qəzzada soyqırım cinayətlərinə son qoymaq və onun mühasirə altında olan sakinlərinə ərzaq, dərman və yanacağın daxil olmasına imkan verməkdir və bu məqsəd dünyadakı bütün azad insanların istəyini əks etdirir,” husi rəsmisi Məhəmməd Əl-Bukaiti bazar ertəsi X-ə yazıb.

Bu arada isə ABŞ-ın İraqda İranın dəstəklədiyi qruplaşmaların bölgədəki ABŞ qüvvələrinə təxminən 170 hücumu ilə əlaqəsi olan hədəfləri vurmaq məqsədi daşıyan hava hücumlarının son dalğası belə görünür Vaşinqton və Bağdad arasındakı bölgüləri artırır.

ABŞ-ın son qiymətləndirmələrinə görə, cümə günü endirilən hava zərbələri İraqda üç, Suriyada isə dörd obyekti hədəf alıb və komanda-nəzarət mərkəzləri və kəşfiyyat mərkəzlərindən tutmuş raket və dronların saxlanma obyektlərinə qədər 80-dən çox fərdi hədəfi məhv edib.

ABŞ rəsmiləri zərbələri müdafiə edərək, onların keçən ay İordaniyadakı bazada üç ABŞ əsgərinin ölümü ilə nəticələnən pilotsuz təyyarə hücumundan sonra lazım olduğunu bildirsə də, İraq rəsmiləri ABŞ-ın zərbələrinə etiraz etmək üçün ABŞ-ın Bağdaddakı müvəqqəti işlər vəkilini çağıraraq, hədəflərdən bəzilərinin hökumətin təhlükəsizlik qüvvələri olduğunu iddia edib.

The Washington Post çərşənbə axşamı bildirib ki, İordaniyada Tower 22 bazasını hədəf alan və üç amerikalı əsgəri öldürən hücum dronu "aşağına uçduğuna görə" aşkar edilməmiş ola bilər. Qəzet həmçinin xəbər verir ki, bazada dronlar kimi uçuç aparatlarını “məhv edə” biləcək silahlarla təchiz edilməyib və bunun əvəzinə onları sıradan çıxaracaq elektron müharibə sistemlərinə arxalanıb.

Amerikanın Səsi bu xəbəri təsdiqləməyib.

ABŞ Dövlət Departamenti bazar ertəsi bildirib ki, İraqa heç bir xəbərdarlıq edilməyib, ancaq əlavə edib ki, ABŞ-ın zərbələri gözlənilməz deyildi.

Pentaqon bazar ertəsi həmçinin İraqın bəzi iddialarını rədd edib.

“Biz bu hücumları həyata keçirərkən, diqqətimizi İranın dəstəklədiyi proksi qruplara yönəltmişdik,” Rayder deyib.

Lakin Rayden əlavə edib ki, hələlik ABŞ-ın İraq və Suriyadakı qruplaşmalara qarşı uzun-müddətli hərbi kampaniya aparmaq planı yoxdur.

Suriyalı müxalif fəal deyir ki, Suriyada ən azı 29 döyüşçü öldürülüb, İraq rəsmiləri isə bildirib ki, ən azı 16 qruplaşma üzvü öldürülüb, 36-I xəsarət alıb.

Forum

XS
SM
MD
LG