Accessibility links

Rusiyaya senzura edilməmiş xəbərləri necə çatdırmalı


Rusiyaya senzura edilməmiş xəbərləri necə çatdırmalı
please wait

No media source currently available

0:00 0:03:49 0:00

Vətəndaşların Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı rus dilində senzurasız xəbərləri görməməsi üçün prezident Putin ölkədəki əksər müstəqil medianı bloklayıb.

Ekspertlər deyir ki, azad informasiyaya qarşı tədbirlər daha da sərtləşəcək. Deməli, rusiyalıların balanslı xəbərlərə çıxışı yoxdur? Yox, bu tam belə deyil.

İnternetdə yayınma alətləri istifadəçilərə bloklanmış vebsaytlara və xəbər mənbələrinə daxil olmağa kömək edir.

Onlardan ən populyar və effektiv olanlardan bəzilərini təqdim edirik.

VPN

Virtual Özəl Şəbəkə (Virtual Private Network) və ya VPN ən geniş istifadə olunan yayınma aləti hesab edilir. O, istifadəçinin kompüteri və İnternet arasında “özəl tunel” yaradaraq istifadəçinin internet ünvanını gizlədir və digərlərinin onun axtardığı və endirdiyi məzmunu görməyinin qarşısını alır. Tuneldəki məlumat şifrələndiyindən nə internet provayderi, nə də hökumət onu izləyə bilir.

Sadəcə əmin olmaq lazımdır ki, istifadə etdiyiniz VPN ekspertlər tərəfindən yoxlanılıb. Bu səbəbdən ödənişsiz VPN xidmətlərini xaric etmək lazım gəlir. Belə ki, onlar istifadəçilərinin məlumatlarını üçüncü tərəfə, ö cümlədən hökumətlərə sataraq pul qazana bilirlər.

Tor brauzeri

Dövlət senzurasından yan keçməyin başqa asan yolu Tor adlı internet brauzeridir. Tor sözü ingilis dilində The Onion Router ifadəsinin qısaldılmasıdır.

Brauzer sizin aldığınız və göndərdiyiniz məzmun ətrafında bir neçə şifrələnmiş qata malikdir.

Tor hökumətin sizin daxil olduğunuz səhifələr arasında icazə verilən və qadağan olunanları fərqləndirməsini qeyri-mümkün edir. Eyni zamanda vebsəhifələr istifadəçini müəyyən etmək imkanına malik olmurlar.

VPN və Tor müxtəlif cür çalışır. VPN serverlərin mərkəzləşdirilmiş şəbəkəsi vasitəsilə sizin məlumatı şifrələdiyi halda, Tor könüllülər tərəfindən idarə edilən mərkəzləşdirilməmiş alətdir.

Bəs avtoritar hökumətin istifadçiləri kənar internetdən tamamilə uzaqlaşdırdıqları halda necə? Belə hallar üçün peyk interneti mövcuddur.

Peyk interneti

Bu, onilliklərdir mövcud olan bir texnologiyadır. Qısaca, burada məlumat kabellər vasitəsilə yox, fəza ilə səyahət edən radio siqnallarla ötürülür. Bunun üçün yerdə stansiyalar quraşdırılır. Həmin stansiyalar məlumatı peykə göndərir və sonra peyk həmin məlumatı birbaşa istifadəçilərə çatdırır.

Belə peyklərin ən böyük şəbəkəsi İlon Maskın Starlink layihəsi tərəfindən idarə edilir. Həmin şəbəkədə 2000-ə yaxın peyk mövcuddur. İstifadəçilər ana şirkət olan SpaceX-in cihazlarını alaraq bu şəbəkəyə çıxış əldə edə bilirlər. Bu cihazlara ştativə bərkidilmiş kiçik peyk antennası, Wi-Fi ruteri, kabellər və enerji təminatı daxildir.

Təbii ki, qısadalğalı radio da mövcuddur. Bu, Soyuq Müharibə dövründə populyar idi və dünyada məlumatın ötürülməsində ən ucuz və effektiv vasitələrdən biridir.

Qısa dalğalar məlumatı minlərlə kilometr məsafəyə yerləşən ötürücüyə asanlıqla çatdıra bilir. Radio qəbuledicilər ucuz və dünyanın hər bir yerində elektronika dükanlarında tapılan cihazlardır.

İnternetin gəlişi ilə dünyanın bir çox yerində bu cür yayımlayıcıların auditoriyası azaldı. Amma ekspertlər deyir ki, senzulaların yeni dalğası yeni nəslə bu texnologiyanı yenidən kəşf etməyə təkan verə bilər.

Rusiyaya zəng və ya tekst etmək

Rusiyanın Ukraynanı işğal etməsi ilə daha bir neçə yayınma alətləri meydana çıxdı.

Bu alətlərdən biri polşalı haktivistlərin yaratdığı Squad303-dür. Onlar müxtəlif məlumat bazalarından 140 milyona yaxın Rusiya e-mail ünvanını və 20 milyoana yaxın mobil telefon nömrəsini endiriblər.

Daha sonra bu komanda təsadüfi email və telefon nömrəsi çıxaran vebsəhifə yaradıb. İdeya ondan ibarətdir ki, Rusiyada və ya digər ölkələrdə yaşayan hər kəs bu vebsəhifəyə daxil olaraq, Rusiyada tanımadıqları insanlara zəng edə, email və ya tekst göndərərək Kremlin Ukrayna işğalı haqda həqiqətləri danışa bilərlər.

Layihənin təsisçiləri deyir ki, milyonlarla rusiyalı müharibənin səbəbləri haqda həqiqətləri bilmir və dünya onlara məlumat çatdırmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG