Accessibility links

Hərbi sirləri açıqlayan vebsaytın təsisçisi ABŞ-dan çəkinmədiyini deyir


WikiLeaks saytının təsisçisi deyir ki, o, ABŞ rəsmilərinin onun qrupuna qarşı hədələrindən çəkinmir, lakin əlavə edib ki, növbəti məxfi hərbi sənədləri dərc etməzdən öncə günahsız tərəflərin adlarını çıxaracaq. WikiLeaks saytının rəhbəri Culian Assanj İsveçdə müxbirlərə bildirib ki, o, Pentaqon və ya hər hansı bir başqa qurumun göstərişləri əsasında fəaliyyət göstərmir. Assanj əlavə edib ki, WikiLeaks saytı bu ayın sonunda İnternetdə 15000 yeni məxfi sənəd açıqlamağı planlaşdırır.

XS
SM
MD
LG