Accessibility links

İkinci Dünya Müharibəsi təyyarəsi Hudson çayına düşüb


İkinci Dünya Müharibəsi təyyarəsi Nyu-Cersi ilə Nyu-York arasındakı Hudson çayına düşüb.

Nyu-York şəhər polisinin bildirdiyinə görə, 56 yaşlı pilotu təyyarədən çıxarmağa nail olunub.

P-47 Thunderbolt təyyarəsi Nyu-Yorkun Farminqdeyl hava limanından havaya qalxan 3 təyyarədən biri olub. Şahidlərin dediyinə görə, təyyarə suya düşərkən mühərrikində problem olduğu hiss olunub.

Thunderbolt həftə sonu 75-ci ildönümü münasibəti ilə keçirilən hava şousunda iştirak etməli idi.

Amerikanın hava qüvvələri muzeyi “Thunder-75" mərasiminə sponsorluq edir. Mərasim Xatirə bayramı münasibəti ilə təşkil edilir.

ABŞ-da Xatirə günü may ayının son bazar ertəsi günləri qeyd edilir. Bu gün müharibələrdə həyatlarını itirənlərin xatirəsi anılır.

XS
SM
MD
LG