Accessibility links

Brayan Huk Parisdə İran məsələsini müzakirə edir


Birləşmiş Ştatların İran üzrə xüsusi elçisi Brayan Huk Parisdə Fransa, Almaniya və Britaniyanın aparıcı diplomatları ilə İran məsələsini müzakirə edir.

Avropa ölkələri Tehranla 2015-ci il nüvə sazişini xilas etməyə çalışırlar.

Avropa ölkələri Birləşmiş Ştatlarla İran arasında gərginliyin daha da qızışmasını önləməyə, Tehranı sazişdən çıxmamağa inandırmağa cəhd göstərir.

ABŞ Prezidenti Donald Tramp ötən il sazişdən çıxıb, Tehrana sanksiyaları bərpa edib.

İranın BMT-dəki səfiri iyunun 26-da Britaniya, Fransa və Almaniyanı “hazırda kritik durumda olan” razılaşmanı qorumaqdan ötrü “vaxtında” praktik addımlar atmağa çağırıb.

Tehran bildirib ki, iyunun 27-dən az zənginləşdirilmiş uran ehtiyatına sazişin qoyduğu limiti keçəcək.

Diplomatların iyunun 27-də “Reuters”ə bildirdiyinə görə, İranın hələ də sazişlə icazə verilən miqdarda az zənginləşdirilmiş uranı yoxdur.

2015-ci ildə imzalanmış nüvə sazişi İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG