Accessibility links

Hikmət Hacızadə: Nə isə rəzalət, biabırçılıq, kövrəldim yazıq o hakimə...(audio)


FAR Mərkəzinin prezidenti Hikmət Hacızadə
FAR Mərkəzinin prezidenti Hikmət Hacızadə

“Belə çirkin iş olar, belə alver olar?... Bu nədir, bu nə biabırçılqdır?..., Biz əlilik, biz artıq heç nəyə qadir deyilik. Bir 100 nəfər qəhrəman var, onlara eşq olsun”, FAR Mərkəzinin prezidenti bildirib

FAR Mərkəzinin prezidenti Hikmət Hacızadə Amerikanın Səsi radiosuna müsahibəsində fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin son günlər yaydığı videoların ona ağır təsir etdiyini bildirib.

Hikmət Hacızadə ilə müsahibə
please wait

No media source currently available

0:00 0:06:39 0:00
Direct link

Sual: Son günlər fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru Elşad Abdullayev sosial şəbəkələrdə videolar yaymaqdadır. Bu filmlər ictimaiyyətin sosial şüuruna nə dərəcədə təsir edib?

Cavab: Bu kinolar cəmiyyətin sosial şüuruna çox ciddi təsir edib. Cəmiyyət özünü təhqir olunmuş kimi hiss edir. Şəxsən mən o videoya baxanda özümü təhqir olunmuş kimi hiss etdim. Elə bildim üzümə tüpürdülər. Bu nədir, bu nə biabırçılıqdır? Biz nə hayda, bunlar nə hayda? Belə çirkin iş olar, belə alver olar?

İndi neynəməli? Gələcəyi heç kim bilmir. Kimin imkanı var danışsın, kimin imkanı var etiraz etsin, nə qədər imkanı var o qədər etiraz etsin. Susmayın, danışın, etirazınızı bildirin. Böyük addımlar atmaq mümkün deyilsə, kiçik addımlar atın. Belə... Başqa yol yoxdur.

Cəmiyyətdə də çox böyük narazılıq və etirazlar var. Bu, görünür. Hamı bu barədə danışır. Əfsuslar ki, rejim o qədər sərtdir ki, açıq etirazlara, publik etirazlara imkan yoxdur. Amma, hamıya çox mənfi təsir edib.

Sual: Gəlin etiraf edək ki, açıq etirazlar da var. “Parlament buraxılsın!” tələbi ilə müxalifət, hətta sosial şəbəkə fəalları polislə qarşıdurma şəraitində olsa da açıq etirazlar edir, şüarlarını səsləndirir.

Cavab: Bəli, elə adamlar var. Mən onları qəhrəman sayıram. Bizim, bu Stalin rejimində etiraz edənlər, o 50-100 nəfər var, onlar çox böyük ürək edir, vətənsevərlik edib açıq etiraz edir. Əfsuslar olsun ki, azdılar. Orada, parlamentin qarşısında 100 nəfər deyil, 10 min adam olmalı idi.

Cəmiyyət o qədər susdurulub, repressiyaya məruz qalıb ki, artıq əlil vəziyyətindədir. Biz əlilik, biz artıq heç nəyə qadir deyilik. Bir 100 nəfər qəhrəman var ki, onlar da qabağa düşüb. Onlara eşq olsun.

Sual: Gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçkilər öncəsi belə filmlərin yayılması, xüsusilə də Gürcüstanda prezident Saakaşvilinin uduzmasına gətirib çıxardı. Azərbaycanda necə? Hökumətin bu videolara elə də ciddi reaksiyası görünmür.

Cavab: Azərbaycanda seçki yoxdur. Siz dediyiniz məsələ əlbəttə, seçkiyə təsir edir. Bizdə də seçki olsa idi, təsiri də olardı. Azərbaycanda seçki yoxdur, bir təyinat var, onun ətrafında teatr qururlar. Hansısa, ordan-burdan müşahidəçilər də çağırırlar, mətbuat konfransı da keçirirlər.

Biz əvvəlcə seçkini qazanmalıyıq, ondan sonra təsir də olacaq. İndi o yoxdur, əfsus.

Sual: Cəmiyyət demokratik, azad, ədalətli seçkini qazanmaq üçün nə etməlidir? Siyasi elita nə etməlidir? Artıq Ziyalılar Forumu yaranıb, Rusiyada yaşayan milyonerlər qrupu var, prezident seçkiləri qabağı müəyyən sosial, siyasi qruplar fəallaşıb.

Cavab: Seçkiyə yaxınlaşdıqca belə fəaliyyətlər daha da artacaq. Bu fəaliyyətlər hansı səviyyəyə qalxacaq, kifayət edəcək-etməyəcək onu mən bilmirəm. Çünki bizdə cəmiyyət azad deyil.

Bizdə repressiyalar var, Stalin repressiyası var, aparat güclüdür. Bizdə Daxili İşlər, Milli Təhlükəsizlik Nazirliklərinin, və sair, və sair işçilər demokratlardan üç dəfə çoxdur. Hər demokrata 3-5 polis işçisi var. Bax, vəziyyət çətindir.

Həm də bizim resurslarımız. Bizim neftimiz, neft pullarımız. Neft pulları ilə həm o polisin, həm də o dəstələrin əlindən tutub yedizdirirlər. Həm büdcə təşkilatlarına maaş verirlər, pensiyaçılara pensiya verirlər. Neft pulları olmasa idi vəziyyət tamamilə başqa olardı.

İndi neynəməli? Gələcəyi heç kim bilmir. Kimin imkanı var danışsın, kimin imkanı var etiraz etsin, nə qədər imkanı var o qədər etiraz etsin. Susmayın, danışın, etirazınızı bildirin. Böyük addımlar atmaq mümkün deyilsə, kiçik addımlar atın. Belə... Başqa yol yoxdur.

Sual: Amma, ərəb inqilabları göstərdi ki, hətta neft ölkələrində belə insanlar bir günün içərisində ayağa qalxır. Suriya inqilabında müxalifət 40 minə yaxın itki verməsinə baxmayaraq, yenə də mübarizəsini davam etdirir.

Cavab: İnqilabın, belə böyük fəlakətin, etirazın sirrini hələ heç kim aça bilməyib. Nəyə görə, nədən, hansı yollarla belə sosial faciələr baş verir. Onu mən bilmirəm və dünyada heç kim bilmir.

Cürbəcür satirik kinolar da olub, qərbdən kinolar da gəlir, amma hakimin belə danışmasını mən görməmişəm heç yerdə. Ay balam, konstitusiyanı gözləmirsiniz, qanunlara baxmırsınız, heç olmazsa oğru qanunlarına baxın də... Bir yerdə iş qurubsunuz, beş milyon pul alıbsınız, bunun payını verin də...

İkincisi, biz istəmirik, bizdə də belə olsun. Biz istəmirik, bizdə də Suriyadakı kimi qan tökülsün. Biz bunu sülh yolu ilə eləmək istəyirik. Sülh yolu ilə də eləmək üçün kütləvilik lazımdır, konsensus lazımdır. Vətənin hər bir oğlu, qızı başa düşməlidir ki, belə davam etmək mümkün deyil. Əgər bunu başa düşüb hərə balaca bir addım atsa sülh yolu ilə, qansız-qadasız biz bunu həll edə bilərik.

Sual: Ölkənin siyasi taleyini həll edən siyasi qüvvələr arasında kəskin düşmənçilik yoxdur. Amma, dialoq da yoxdur. Necə hesab edirsiniz, dialoq olmalıdır, yoxsa düşmənçilik daha da artmalıdır, ziddiyyətlər gərginləşməlidir ki, cəmiyyətdə ya oyanış yaransın, ya da islahatlar başlasın?

Cavab: Hesab edirəm ki, iqtidarla müxalifət arasında dialoq lazımdır. Mən həmişə dialoq tərəfdarıyam. Hər halda Azərbaycan demokratları daim dialoqa hazırdır.

Biz son il iqtidar tərəfindən də dialoq haqqında bir neçə söz eşitdik. Əfsuslar olsun ki, hələ heç nə yoxdur. Amma, dialoq olsa daha yaxşıdır.

Sual: Elşad Abdullayevin yaydığı son videoda məhkəmə hakimiyyətinin iç üzü açılır. Məhkəmənin sədri deyir ki, 5 milyon aldırlar, mənə bir qəpik də vermədilər. Bunu hər gün insanların taleyi ilə bağlı qərarlar qəbul edən məhkəmənin sədri deyir. Alırlar, məhkəmənin sədrinə belə vermirlər. Bunu necə qiymətləndirirsiniz? Heç olmazsa, məhkəmələrdə islahatlara başlamağın vaxtı deyilmi?

Cavab: Bu biabırçılığın zirvəsidir. Bu son video, deyirlər ki, beş milyon manat alıblar, mənə beş-on qəpik də vermirlər. Mən belə şeyi heç kinoda da görməmişəm. Cürbəcür satirik kinolar da olub, qərbdən kinolar da gəlir, amma hakimin belə danışmasını mən görməmişəm heç yerdə. Ay balam, konstitusiyanı gözləmirsiniz, qanunlara baxmırsınız, heç olmazsa oğru qanunlarına baxın də... Heç olmazsa “vorovskoy qanunlara” baxın da... Bir yerdə iş qurubsunuz, beş milyon pul alıbsınız, bunun payını verin də... Nə isə belə, rəzalət, biabırçılıq, kövrəldim mən. Yazıq o hakimə, acıdım bir az.
XS
SM
MD
LG