Accessibility links

Human Rights Watch Obamanı dəyişikliklərə nail olmaq üçün Kubaya təzyiq göstərməyə çağırır


Beynəlxalq insan haqları qrupu Human Rights Watch ABŞ prezidenti Barak Obamanı Kubada sistematik repressiyalara son qoymaq məqsədilə konkret addımlar atmaq üçün gələn həftə səfəri zamanı Kastro hökumətinə təzyiq göstərməyə çağırıb.

Təşkilatın Şimali və Cənubi Amerika üzrə direktoru Xose Migel Vivanko prezident Obamanın aydın mesajla çıxış etməli olduğunu bildirib. “Bu güclü və hədəfi olan bir mesaj olmalıdır, yoxsa yarım əsrdir repressiyalardan əziyyət çəkmiş kubalılar bu səfərin beysbol oyununda bir araya gəlməkdən başqa bir əhəmiyyət' olmadığını fikirləşəcək”-deyə o bildirib.

Prezident Obamanın Kuba prezidenti Raul Kastro ilə beysbol oyununa baxacağı gözlənilir. Onun həmçinin kubalı həmkarı və hökumətin tənqidçiləri ilə müzakirələr keçirməsi planlaşdırılıb. ABŞ lideri səfəri zamanı televiziya ilə canlı yayımda Kuba xalqına müraciət edəcək.

Human Rights Watch Kubada vəziyyətin 2014-cü ildə Obama və Kastornun diplomatik münasibətlərin normallaşdırılmasına dair razılığı elan etməsindən sonra əsas etibarilə dəyişmədiyini bildirir.

Təşkilatın bildirdiyinə əsasən, əldə olunmuş razılıqda Kubanın 53 siyasi məhbusu azad etməsi və Beynəlxalq Qırmızı Xaç və BMT-nin insan haqları müşahidəçilərinin Kubaya fakt-araşdırıcı missiyasına icazə verilməsi daxildir. Human Rights Watch bildirib ki, siyasi məhbuslar azad edilsə də, beynəlxalq müşahidəçilərin ölkəyə gəlişinə icazə verilməyib.

Təşkilat bildirib ki, Kuba hökuməti dinc yürüşlər və mitinqlərdə iştirak etmələrinin qarşısını almaq məqsədilə insanları qısa müddətə həbs etməkdə davam edir.

Təşkilat hökumətin internetdə sayı artmaqda fəal jurnalistlər və blogerlərin müxtəlif veb səhifələrə çıxış imkanlarını bağladığını bildirir.

XS
SM
MD
LG